İSTIFADƏ ŞƏRTLƏRI 

 

BU SAYT MƏLUMATLANDIRMAQ, MAARIFLƏNDIRMƏK VƏ ÜNSIYYƏT QURMAQ MƏQSƏDILƏ "NUTRICIA EXPORT B.V." (“NUTRICIA”) ŞIRKƏTI TƏRƏFINDƏN YARADILMIŞDIR. XAHIŞ OLUNUR, BU SAYTI SƏRBƏST ŞƏKILDƏ GÖZDƏN KEÇIRIN.
HAZIRKI ŞƏRTLƏR VƏ MÜDDƏALAR SİZİN BU SAYTDAN İSTİFADƏNİZİ TƏNZİMLƏYİR.
XAHİŞ OLUNUR, HAZIRKI İSTİFADƏ ŞƏRTLƏRİNİ DİQQƏTLƏ OXUYUN. BU SAYTI QİYMƏTLƏNDİRMƏKLƏ SİZ ONU TƏNZIMLƏYƏN İSTİFADƏ ŞƏRTLƏRİNİ QƏBUL ETMİŞ OLURSUNUZ. ƏGƏR SİZ HAZIRKI ŞƏRT VƏ MÜDDƏALARIN HƏR HANSI BİRİ İLƏ RAZILAŞMIRSINIZSA, O ZAMAN BU VEB-SAYTA DAXİL OLMAYIN VƏ YA ONA DAXİL EDİLMİŞ HƏR HANSI MƏLUMATLARDAN İSTİFADƏ ETMƏYİN.
BU SAYTIN BÜTÜN MƏZMUNU (O CÜMLƏDƏN HAZIRKI İSTIFADƏ ŞƏRTLƏRI) ISTƏNILƏN AN DƏYIŞDIRILƏ BILƏR. HAZIRKI İSTIFADƏ ŞƏRTLƏRINƏ EDILƏN HƏR HANSI DÜZƏLIŞ BU SAYTA YENILƏNMIŞ ŞƏRTLƏRIN DAXIL EDILMƏSINDƏN SONRA QÜVVƏYƏ MINƏCƏK. HƏR HANSI BU CÜR DƏYİŞİKLİKDƏN SONRA BU SAYTDAN İSTİFADƏ ETMƏNİZ SİZİN BU DƏYİŞİKLİYİ TƏSDİQ VƏ QƏBUL ETDİYİNİZİ BİLDİRƏCƏK.
1 İstifadə Şərtləri
1.1  Bu saytı tənzimləyən İstifadə Şərtləri aşağıdakılardan ibarətdir:
1.   hazırkı Şərt və Müddəalar;
2.  bizim Məxfilik siyasətimiz
3. bizim Kuki Bildirişimiz
Yuxarıda sadalanan sənədlər arasında uyğunsuzluq olduqda birinci qeyd olunan sənəddəki şərtlərə üstünlük verilir.
 
1.2.   hazırkı Şərt və Müddəalarda:
1.   "biz", "bizə", "bizim" və ya "Nutricia" dedikdə, "Nutricia Export B.V" şirkəti, o cümlədən onun işçiləri, nümayəndələri, filialları və müvafiq müəssisələri (o cümlədən onların işçiləri və nümayəndələri) nəzərdə tutulur;
2.  "siz" və ya "sizin" dedikdə isə bu sayta daxil olan hər hansı şəxslər nəzərdə tutulur (Saytın üzvü olub-olmamasından asılı olmayaraq).
 
 
2 Sayt yalnız Azərbaycan daxilində istifadə üçün nəzərdə tutulur
2.1 Sayt və onun məzmunu müvafiq qanunlara və qaydalara uyğundur və yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. "Nutricia" şirkəti bu saytda verilən hər hansı məlumatların digər ölkələr üçün uyğun və ya adekvat olmasına dair heç bir təminat vermir.
2.2   Siz İstifadə Şərtlərindən irəli gələn hər hansı mübahisəni Niderlandın xüsusi yurisdiksiya məhkəmələrinə təqdim etməyə razılıq verirsiniz.
2.3   Əgər siz qeyd olunan regionun xaricindən bu Saytı ziyarət edirsinizsə, o zaman biz Saytımızın digər yurisdiksiyaların qanunlarına uyğun olmasına dair heç bir təminat vermirik.
 
 
3 Saytdan İstifadə
3.1   Saytdan istifadə etmək riski sizin özünüzə bağlıdır. Nutricia Məzmunu ifadə edilmiş və ya nəzərdə tutulan hər hansı növ zəmanətlər olmadan, "OLDUĞU KİMİ" TƏQDİM OLUNUR. "Nutricia" şirkəti bütün zəmanətlər, o cümlədən əmtəəlik, xüsusi məqsədə uyğunluq, ad, təhlükəsizlik və ya əqli mülkiyyət hüquqlarının pozulmaması üzrə hər hansı nəzərdə tutulan zəmanətlərdən imtina edir. Sayta daxil olarkən və ya ondan istifadə zamanı yaranan hər hansı birbaşa, təsadüfi, vacib və ya bilavasitə yaranan nasazlıqlara görə nə Nutricia Export B.V., nə də bu Saytın yaradılması, hazırlanması və ya çatdırılmasında iştirak edən hər hansı digər tərəflər məsuliyyət daşımır. Bu nasazlıqlara kompüterinizə virus düşməsi də daxil ola bilər. Yuxarıdakı məhdudiyyətlərdən başqa bu Saytda hər şey heç bir zəmanət və ya ticari və ya digər məqsəd daşımadan, yaxud qanun pozuntusu olmadan təqdim edilir.
3.2 Könüllü olaraq "Nutricia" şirkətinə Sayt vasitəsilə təqdim olunmuş şəxsi məlumatlar (məs: əlaqə forması) "Nutricia" şirkəti tərəfindən istifadə oluna bilər. Bu cür məlumatları təqdim etməklə siz "Nutricia" şirkətinin şəxsi məlumatlardan bu üsulla və bizim Məxfilik Siyasətimizə uyğun olaraq istifadə etməsinə açıq şəkildə razılıq verirsiniz.
3.3 "Nutricia" şirkəti sizə özünüz və ya başqa bir şəxs haqqında hər hansı şəxsi məlumatları (məs: telefon nömrəsi, poçt ünvanı, ev ünvanı və ya e-poçt ünvanı və ya sizin şəxsən tanınmanıza imkan verəcək hər hansı digər məlumatlar) heç vaxt aşkara çıxarmamağı məsləhət görür. "Nutricia" şirkəti sizin tərəfinizdən könüllü olaraq aşkara çıxarılmış bu cür şəxsi məlumatlardan irəli gələn hər hansı sonrakı hadisələrə görə cavabdehlik daşımır.
3.4 Saytı ziyarət edən və qeydiyyatdan keçməyən bütün istifadəçilər saytın bütün məzmununu oxuya bilərlər. Onlar "Nutricia" şirkətinin Ekspertlər Qrupu ilə əlaqə saxlaya bilər.
3.5 Siz aşağıdakı hallarda bu Saytdan və ya bizim xidmətlərin hər hansı birindən istifadə etməməlisiniz:
1.   hər hansı qeyri-qanuni, alçaldıcı, qorxuducu, zərərli, təhqiramiz və zorakı səbəb və ya məqsədə və ya digər səbəblərə görə;
2.  Bu Sayta və ya xidmətlərimizdən hər hansı birinə, yaxud başqalarının onlardan istifadəsinə zərər vuracaq və ya dağıdacaq davranışa görə;
3.   kompüterləri və ya telekommunikasiya avadanlıqlarını zədələyə və ya dağıda bilən virsuların və ya digər vasitələrin ötürülməsinə görə;
4.   başqalarının təhqir edilməsi və ya biznesimizin zədələnməsinə görə;
5.   hər hansı formada kommersiya fəaliyyəti ilə məşğul olunmasına görə.
3.6   Nutricia Məzmunundan hər hansı istifadə daxil olmaqla, (hazırkı İstifadə Şərtləri ilə açıq şəkildə icazə verilmiş istifadə istisna olmaqla) siz "Nutricia" şirkətini hazırkı İstifadə Şərtlərinin sizin tərəfinizdən hər hansı pozulmasından irəli gələn məsuliyyətdən azad edəcəksiniz. Siz qəti şəkildə razılaşırsınız ki, "Nutricia" şirkəti yuxarıda qeyd olunanlar ilə əlaqədar yaranan itkilərə, zədələrə, mühakimələrə, xərclərə, məsrəflərə və vəkil haqlarına qarşı heç bir öhdəlik daşımamalıdır. Siz həmçinin Nutricia Məzmunundan istifadənizdən irəli gələn və ya onunla əlaqədar olaraq, üçüncü tərəflərin irəli sürdüyü hər hansı iddialara qarşı da "Nutricia" şirkətini məsuliyyətdən azad edəcəksiniz.
 
 
4  Qeydiyyat
4.1  Yalnız Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.
4.2   Qeydiyyat pulsuzdur, lakin adambaşına bir hesabla məhdudlaşdırılır.
4.3   Qeydiyyat Keçmiş İstifadəçi olmaq üçün siz bu Saytda verilən qeydiyyat formasını doldurmalı və müntəzəm daxil olduğunuz etibarlı elektron poçt ünvanınızı daxil etməlisiniz. Əgər siz qeydiyyat keçmisinizsə və biz elektron poçt ünvanınızın etibarsız olduğuna inanırıqsa, bu zaman siz öz hesabınızı yenidən qiymətləndirməlisiniz.
4.4  Qeydiyyat prosesini tamamladıqdan sonra sizə parol göstəriləcək. Siz parolun təhlükəsiz yerdə saxlanmasını təmin etməli və onu hər hansı şəxsə bildirməməlisiniz. Siz hesabınızda baş verən bütün fəaliyyətlərə görə məsuliyyət daşıyırsınız. Siz hesabınızın hər hansı icazəsiz istifadəsi və ya təhlükəsizliyin pozulmasından xəbərdar olan kimi bizə məlumat verməlisiniz. Təhlükəsizlik məqsədləri baxımından zəruri olduqda, biz sizdən hesab məlumatlarınızın dəyişdirilməsini tələb etmək hüququnu qoruyub saxlayırıq.
4.5   İstifadə Şərtləri və bu saytın texniki məhdudiyyətlərinə uyğun olaraq, Qeydiyyatdan Keçmiş İstifadəçilər həmçinin öz profillərini və məxfilik parametrlərini qoruyub saxlaya bilərlər.
4.6  Biz bildiriş olmadan və ya hər hansı səbəbə görə istənilən şəxsin bu Sayta qeydiyyatını rədd etmək hüququnu qoruyub saxlayırıq. Qeydiyyatı rədd etmə hüququmuz bildiriş olmadan və Məxfilik Siyasətimizdə göstərilən uçot saxlama siyasətlərinə uyğun olaraq, hesabınızla bağlı bütün məzmunun (o cümlədən istifadəçi profilinizin) bağlanması və ləğv edilməsi və ya gizlədilməsi hüququ nəzərdə tutulur.
4.7   Maddə 4.6-nı məhdudlaşdırmayaraq, "Nutricia" şirkəti aşağıdakıları müəyyən etdikdə hər hansı bildiriş təqdim etmədən sizin hesabınız bağlaya bilər:
1.   başqa şəxsin elektron poçt ünvanı və ya müvəqqəti elektron poçt ünvanı ilə qeydiyyatdan keçidikdə;
2.   eyni şəxs tərəfindən çoxsaylı hesabların istifadəsini gizlətmək məqsədilə İP-lərdən (İnternet Protokol ünvanları) istifadə etdikdə;
3.   seçilmiş ölkənin sakini olmadıqda.
 
 
5  Linklər
5.1   Bu Saytın məzmununa bizim tərəfimizdən idarə edilməyən digər veb-saytların linkləri daxil ola bilər. Biz həmin v eb-saytlara və onların məzmununa görə məsuliyyət daşımırıq. Biz linki verilmiş hər hansı veb-saytları, yaxud həmin saytlarda təqdim olunan məhsul və ya xidmətləri təsdiq etmirik. Linki verilmiş veb-saytların məzmunu zaman keçdikcə dəyişə bilər. Siz linki verilmiş vebh-saytların şərtlərini və siyasətlərini yoxlamalısınız. "Nutricia" şirkəti bu və ya linkimizin qoyulduğu hər hansı Saytın vaxtında mövcud olacağına və ya eyni saytlara girişin maneəsiz və ya nöqsansız olacağına təminat və ya zəmanət vermir.
5.2   Biz sizi dostlarınız və kontaktlarınız arasında qeyri-kommersiya məqsədləri üçün istinadları paylaşmağa dəvət edirik ( o cümlədən istifadə etdiyiniz digər sosial şəbəkə platformaları və şəxsi bloqlar vasitəsilə). Qabaqcadan yazılı razılığımız olmadan, bu Saytda istinadların verilməsinə başqa cür icazə verilmir. Tələb edildikdə, siz bu Saytda yaratdığınız hər hansı istinadları götürməlisiniz.
 
 
6   Məzmunun Çıxarılması
6.1   Biz istənilən vaxt və hər hansı səbəbə görə Saytı və ya onun məzmununu ( o cümlədən Qeydiyyatdan Keçmiş İstifadəçilərin məzmunu) çıxarmaq, dəyişdirmək və ya ləğv etmək hüququnu qoruyub saxlayırıq. Buna görə də siz Sayta yüklədiyiniz və saxmalaq istədiyiniz hər hansı məzmunun surətini saxlamalısınız.
6.2   Məzmunu yüklədikdən sonra onu istənilən vaxt ləğv edə bilərsiniz.
6.3  Əgər siz Saytda mövcud olan hər hansı məzmun barədə öz narahatlıqlarınızı bildirmək istəyirsinizsə, xahiş olunur e-poçt vasitəsilə bizimlə birbaşa əlaqə saxlayın.
 
 
7   Nutricia Məzmunu
7.1  Qeydiyyatdan Keçmiş bütün İstifadəçilər tərəfindən yüklənilmiş məzmunu nəzərə alaraq, bu Saytın məzmunları üzrə müəlliflik hüququ bizə məxsusdur ("Nutricia Məzmunu") Nutricia Məzmunu bu Saytda bizim tərəfimizdən yaradılan və yerləşdirilən rəyləri, məqalələri, şəkilləri və ya videoları ehtiva edir (lakin bunlarla məhdudlaşmır). Bu Saytda təqdim olunmuş Nutricia Məzmununda göstərilir ki, "Nutricia" şirkəti tibbi, konsultativ, hüquqi və ya digər peşəkar xidmətlərin və ya məsləhətlərin həyata keçirilməsi ilə məşğul deyil.
7.2   və bu, sizin şərtləriniz üçün adekvat olmaya bilər. "Nutricia" şirkəti Saytda yerləşdirilən Nutricia Məzmununun dəqiq, tam və yenilənmiş qaydada qoruyub saxlamağa çalışır, buna baxmayaraq, biz özümüz və ya İstifadəçilər tərəfindən təqdim olunmuş hər hansı Məzmunun dəqiqliyi, bütövlüyü, keyfiyyəti, tamlığı və vaxtlı-vaxtında olmasına zəmanət verə bilmirik və buna görə məsuliyyət daşımırıq.
Nutricia Məzmunu fərdi tibbi məsləhətlə əvəz edilə bilməz. Siz bu Saytda verilən məlumatlardan istifadə edərək gigiyenik və ya tibbi vəziyyətə və ya problemə diaqnoz qoya və ya hər hansı tibbi müalicəni dəyişdirə, başlada və ya gecikdirə bilməzsiniz. Siz bu Sayta yerləşdirilən hər hansı məlumatlara əsaslanmadan öncə öz müalicə həkiminiz ilə razılaşmalısınız.
 
 
8   Əqli Mülkiyyət
8.1 Saytın hər hansı hissəsinin surətinin çıxarılması, yenidən paylanması, nəşr edilməsi, uyğunlaşdırılması və ya dəyişdirilməsi "Nutricia" şirkətinin qabaqcadan yazılı razılığı olmadan qadağan edilir.
8.2   Siz şəxsi və qeyri-ticari istifadə üçün Nutricia Məzmununu yükləyə bilərsiniz, bir şərtlə ki, müəlliflik hüququ və digər mülkiyyət bildirişləri bötüv saxlanılsın. Saytın hər hansı hissəsinin surətinin çıxarılması, yenidən paylanması, nəşr edilməsi, uyğunlaşdırılması və ya dəyişdirilməsi "Nutricia" şirkətinin qabaqcadan yazılı razılığı olmadan qadağan edilir. Siz Sayta yerləşdirdiyiniz hər hansı materialın sizə veriləcək hər hansı borc olmadan, bizim tərəfimizdən istifadə edilməsi, yenidən hazırlanması, dəyişdirilməsi, uyğunlaşdırılması, nəşr edilməsi, tərcümə olunması, törəmə işlərinin yaradılması və ya Sayt vasitəsilə dünyaya paylanması üçün bizə öz müəlliflik hüququnuza və digər əqli mülkiyyət hüquqlarına əsaslanan, qeyri-eksklüziv, qlobal, daimi pulsuz sublisenziya verirsiniz.
8.3  Saytda göstərilən ticarət nişanları, loqolar, işarələr və xidmət nişanları (birlikdə "ticarət nişanları") bizim qeydiyyatdan keçmiş və ya keçməmiş ticarət nişanlarımızdır. Bu Saytda verilmiş heç bir şey bizim açıq yazılı razılığımız olmadan, ticarəy nişanlarına hər lisenziya və ya hüququn verilməsi kimi şərh edilməməlidir. Hazırkı Şərt və Müddəalarda göstərilənlər istisna olmaqla, Ticarət Nişanları və Saytın məzmunundan istifadə etməyiniz ciddi şəkildə qadağan edilir. Biz Sayt və onun məzmunları üzrə əqli mülkiyyət hüquqlarımıza tam dərəcədə riayət olunmasını təmin edəcəyik (cinayət məsuliyyətinə cəlb edilmə daxil olmaqla).
8.4   Saytda nümayiş etdirilən insanların və ya məkanların təsvirləri ya bizim mülkiyyətimiz, ya da üçüncü tərəfin lisenziya əsasında istifadə olunan mülkiyyətidir. Hazırkı Şərt və Müddəalarda göstərilən spesifik hallar və ya Saytın hər hansı hissəsində göstərilən spesifik icazə istisna olmaqla, bu təsvirlərin sizin tərəfinizdən istifadəsi qadağandır. Təsvirlərin icazəsiz istifadəsi müəlliflik hüquqlarını, ticarət nişanlarını, məxfilik və / və ya aşkarlıq qanunlarını, eləcə də kommunikasiya qaydalarını və şərtlərini poza bilər.
 
 
9   Məhsul barədə məlumatlar
9.1  Bu Sayt sizə "Nutricia" şirkətinin bəzi məhsulları barədə məlumatları nəzərdən keçirmək imkanını təklif edir. Əgər bu məlumatları nəzərdən keçirmək istəyirsinizsə, bu zaman həmin məlumatları sizə məlumatlanma və maariflənmə məqsədləri üçün fərdi tələbiniz əsasında təqdim etdiyimizi qəbul edirsiniz.
9.2   Bu veb-saytda verilən məhsul adları, təsvirlər və yarlıqlar sizin ölkənizdə tətbiq olunur. Siz bilməlisiniz ki, Saytımızda verilən bəzi məhsullar və brendlər ölkənizdən kənarda mövcud olmaya və ya ölkənizdən kənarda fərqli adlar altında və fərqli güclərdə mövcud ola bilər. Bu saytda təsvir edilmiş hər hansı məhsulların kənardan alınmasından əvvəl müvafiq yurisdiksiyada əlavə yerli məlumatları əldə etməlisiniz.
 
 
10   Cavabdehlik Məhdudiyyətləri
10.1  Bu Sayta və ya onun mövzusuna aid olan və hazırkı İstifadə Şərtlərində göstərilməyən ifadə edilmiş və ya nəzərdə tutulan hər hansı növ bütün zəmanətlər, təminatlar, digər şərt və müddəalar qanunla yol verilən maksimum dərəcədə açıq şəkildə istisna edilir.
10.2  Hazırkı İstifadə Şərtlərinin hər hansı hissəsi qanunvericiliklə nəzərdə tutulan və ya tətbiq edilən, hüquqi cəhətdən istisna edilməyən və ya məhdudlaşdırılmayan hər hansı hüququ, yaxud hüququ müdafiə vasitəsini və ya hər hansı zəmanəti, təminatı və ya digər şərt və müddəanı istisna etmir, məhdulaşdırmır və ya dəyişdirmir. Bu, müəyyən şəraitlərdə malların və xidmətlərin alıcılarını mühafizə edən zəmanətlərin daxil olduğu müvafiq İstehlakçı Qanununu ehtiva edə bilər.
10.3  Müvafiq İstehlakçı Qanununa və ya hər hansı digər tətbiq edilən qanunvericiliyə əsaslanan istifadə istisna edilə bilməz (İstisna Edilməyən Təminat) və İstisna Edilməyən Təminatın pozulmasına görə biz sizin hüququ müdafiə vasitənizi məhdudlaşdıra bilərik, bundan sonra İstisna Edilməyən Təminatın pozulmasına görə məsuliyyətimiz öz seçimimiz əsasında aşağıdakılardan biri və ya bir neçəsi ilə məhdudlaşdırılır:
1.   mallar ilə bağlı olduqda: malların yerinin dəyişdirilməsi və ya ekvivalent malların təchizi; bu cür malların təmiri; malların dəyişdirilməsi və ya ekvivalent malların əldə olunmasına görə yaranan xərclərin ödənilməsi; və ya malların təmiri ilə bağlı məsrəflərin ödənilməsi; və
2.   xidmətlər ilə bağlı olduqda: xidmətlərin yenidən təchizi; və ya yenidən təchiz edilən xidmətlər ilə bağlı xərclərin ödənilməsi.
10.4   Hazırkı İstifadə Şərtlərində qeyd olunduğu kimi, bu Saytın məzmunu fərdi tibbi məsləhət ilə əvəz edilməməli, siz gigiyenik və ya tibbi vəziyyətə və ya problemə diaqnoz qoymaq, yaxud hər hansı tibbi müalicəni dəyişdirmək və ya başlatmaq üçün Saytda verilən məlumatlardan istifadə etməməli və Saytda yerləşdirilmiş hər hansı məlumatlara əsaslanmazdan əvvəl öz müalicə həkiminiz ilə razılaşmalısınız. Deyilənlərə əməl etməməyiniz ilə əlaqədar olaraq, biz sizin qarşınızda qanunla yol verilən maksimum dərəcədə heç bir öhdəlik daşımayacağıq.
10.5   Bir tərəfin digər tərəf qarşısında öhdəliyi digər tərəfin və ya üçüncü tərəfin hərəkətləri və ya nöqsanları hər hansı bu cür öhdəliyin yaranmasına səbəb olduqda azaldılır.
10.6  Bu saytın viruslardan və digər ziyanlı koddan uzaq olmasına çalışmağımıza baxmayaraq, biz bunun həqiqətən da belə olmasına zəmanət verə bilmərik. Buna görə də kompüterinizi bu cür viruslardan və digər ziyanlı koddan qorumaq üçün bütün vaxtlarda təhlükəsizlik üzrə ən müasir proqram təminatından istifadə etməlisiniz.
10.7  Saytın mövcud olması üçün münasib ticari səylərimizdən istifadə etməyimizə baxmayaraq, biz bu Saytın vaxtında mövcud olacağına, və ya bu sayta girişin maneəsiz və ya nöqsansız olacağına təminat və ya zəmanət vermirik.
 
 
11  Müddəaların Müstəqilliyi
Əgər hazırkı İstifadə Şərtlərinin hər hansı müddəası (və ya müddəanın hər hansı hissəsi) istənilən səbəbə görə etibarsız olduqda və ya hüquqi qüvvəyə malik olmadıqda, bu zaman həmin müddəa (və ya onun hər hansı hissəsi) çıxarılmalı və İstifadə Şərtlərinin yerdə qalan hissəsi tam hüquqi qüvvədə və təsirdə qalmalıdır.
Abunə ol!
X