Folic-Acid

Qidalanmada fol turşusu

Hamilə qalmazdan əvvəl fol turşusunun əhəmiyyəti
Əgər siz gələcək aylarda hamilə qalmağı planlaşdırırsınızsa, fol turşusu əlavələri qəbul etmək yaxşı olardı.  Fol turşusu hamiləliyin ilk mərhələlərində körpənizin onurğa və beyninin sağlam inkişafı üçün çox vacibdir. Kifayət qədər fol turşusu qəbul etməsəniz, körpənizdə spina bifidanın yaranma təhlükəsini artırırsınız (onurğa sütununun hamiləliyin ilk ayında bağlana bilməməsi) Həmçinin, fol turşusu bol olan qidaları da qəbul etmək əhəmiyyətlidir, çünki vitaminlər bütöv qidadan alındığı zaman daha yaxşı absorbsiya edilir və bitki fermentləri assimiliyasiyaya kömək edir.

Fol turşusu nədir?
Fol turşusu, həmçinin, folat və B9 vitamini də adlanır. Bu, sağlam sinir sistemi üçün vacib olan B vitaminləri qrupunun başqa bir üzvüdür. Gündəlik 400 mikroqram fol turşusu qəbulu sağlam hamiləlik üçün optimaldır. Fol turşusu əlavəsi ilə yanaşı, siz həmçinin, fot turşusu bol olan qidalar da qəbul etməlisiniz. 

Fol turşusu təşkil edən qidalar
  • Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokkoli, kələm)
  • Qulançar
  • Noxud, Lobya və mərcimək
  • Bəzi meyvələr, xüsusən, papaya, portağal və qreypfrut
  • Çuğundur
  • Avokado
 

Hamilə qalmaq

Abunə ol!
X