Healthy-nutrition-for-conception-to-age-2

Hamilə qaldıqdan 2 yaşadək sağlam qidalanma

Sağlam hamiləlik pəhrizi sizin körpənizin sağlamlığına necə təsir edir.
Bilirik ki, hamiləlik dövründə yaxşı qidalanma və özünə qulluq vacibdir - həm sizə həm də böyüyən körpənizə.  Lakin, hamiləlik ərzində yediklərinizin və içdiklərinizin körpənizin həyatı boyu sağlamlığına təsir edə biləcəyini bilirsiniz?

Hamilə qaldığınız andan körpənizin ikinci ad günününə qədər ananın körpənin həyatı boyu sağlamlığına təsir edəcək mühim imkanları var. Hamiləliyin 9 ayı (270 gün) və ilk 2 ili (365+365) ümumilikdə 1000 gün edir. Ananın hamiləlik ərzində qidalanması və ümumilikdə, bu 1000 gündə körpəyə nə yedizdirməsi uşağın həddindən artıq çəkili və ya hətta, kök böyüməsinə təsir edə bilər. Bu isə öz növbəsində uşaqda ürək və ya şəkər xəstəliyinin inkişafına səbəb ola bilər.

İnanmaq çətindir? Bunu Professor Devid Barker kəşf etdikdən indiyədək alimlər sübut edirlər.  İlk dəfə 1990-cı illərdə təqdim olunan 1000 günün uzunmüddətli təsirləri mübahisəli mövzu idi. Lakin, artıq bu, sübut olunmuşdur - bətnin daxilində aparılan araşdırmalar yaxşı qidalanma olmadıqda körpənin ətraf mühitin təsirinə məruz qaldığını göstərmişdir.  Doğuşdan sonra 2 yaşına qədər ana südü ilə qidalanmanın və qidalandırıcı və müxtəlif növ pəhrizin bir çox uzunmüddətli nəticələri var.

Hamiləlik ərzində yaxşı qidalanma, körpəni ilk 6 ayda xüsusi ana südü ilə qidalanması və faydalı əlavə qidaya keçid vərdişləri ilə birlikdə çağa pəhrizi körpənin inkişafı və böyüməsi üçün güclü bünövrə yarada bilər. Hamımız uşaqlarımızın ən sağlam, ən parlaq və ən güclü olmalarını istəyirik və bu 1000 gün bizim buna nail olmağımız üçün ən yaxşı imkanı təmin edir.

Hamilə qalmaq

Abunə ol!
X