Symptoms-of-pregnancy

Hamiləlik əlamətləri

Hamiləliyin 5 erkən əlamətləri
Hamiləliyin bir çox erkən əlamətləri var, lakin, hər qadın fərqlidir və bunların hamısını yaşaya bilməz. Aşağıdakıların hamısı hamiləliyin erkən əlamətləri ola bilər, lakin, buraxılmış menstruasiyadan başqa, onların hamısı qadının normal menstruasiya dövrünün bir hissəsi ola bilər. 

1. Buraxılmış menstruasiya dövrü
Əgər müntəzəm menstruasiya dövrünüz varsa, o zaman, buraxılmış menstruasiya hamilə olduğunuzun əsas əlamətidir. Lakin, bəzi hallarda siz hamilə olsanız belə, az qanaxma ola bilər. Buna görə də, əgər sizdə hamiləliyin digər əlamətləri varsa, hamiləlik testi götürməyiniz məsləhətdir.​

2. Ürək bulanması və qusma
Bəzi qadınlar səhər ürəkbulanması yaşayırlar, hətta hamiləliyin erkən mərhələlərində belə. Adına baxmayaraq, səhər üləkbulanması günün hər hansı vaxtında və ya gecə baş verə bilər və ürəkbulanması və ya qusma ilə seçilir. Əgər öhdəsindən gəlmək çətindirsə, səhər ürəkbulanmasını azaltmaq haqqında məsləhətləri bizim hamiləlik zamanı bədəniniz​​ bölməsindən ala bilərsiniz.

3. Yorğunluq və emosional hiss etmə
Hamiləlik sizi yorğun hiss etdirə bilər, xüsusən ilk trimesterdə. Hormon artımı daxil olmaqla bədəninizdə gedən bütün dəyişikliklər sizi normaldan artıq emosional edə bilər.

4. Tez-tez ayaqyoluna getmək
Sidik kisənizi tez-tez boşaltmaq istəyi, xüsusən hamiləliyin 6 və 8-ci həftələrində gecə vaxtları, hamiləliyin erkən əlamətlərindən biridir. 

5. Dəyişmiş döşlər
Siz döşlərinizdə aybaşının başlamasında olduğu kimi eyni dəyişiklikləri hiss edə bilərsiniz. Bu zaman, döşləriniz böyüyür, damarlar daha aydın görünür və döş gilələri daha tünd və qabarmış olur. Döşləriniz, hətta, səsə və toxunuşa qarşı həssas ola bilər.

Hamiləliyin digər mümkün erkən əlamətləri
Vaginada axıntı - hamilə olduğunuz zaman, vaginada axıntının artdığını görmək olar (heç bir ağrı və ya qıcıqlanma hissi olmadan).
Dad və qoxu bilmədə dəyişiklik - bəzi qadınlar qəribə metal dadı hiss etdiklərini bildirirlər. Həmçinin, əvvəllər xoşladığınız qidaya qarşı həvəsinizi itirə və yeni yeməklər istəyə bilərsiniz. Qoxu bilmə qabiliyyətinizə gəldikdə, müəyyən qoxulara artıq dözə bilmədiyinizi hiss edə bilərsiniz.

Hamiləlik testi 
Hamilə olduğunuzu yoxlamağın ən yaxşı yolu hamiləlik testidir. Bir çox apteklər müxtəlif hazır testlər təklif edirlər, buna görə də, əgər yuxarıdakı əlamətlərdən hansısa sizdə varsa, bunu test ilə yoxlayın. 

Hamilə qalmaq

Abunə ol!
X