Pregnant_header_main

Sağlam hamiləlik

Hamiləlik dövründə, körpəniz və özünüz üçün bacardığınız qədər sağlam qalmaq vacibdir. Bu bölmədə, hansı qidaları qəbul etməli olduğunuzdan tutmuş həftələr və aylar ərzində bədəninizi necə hazırlamalı olduğunuza qədər məlumat yerləşdirilib.

Hamiləlik pəhrizi

Körpənizin inkişafı üçün sağlam və balanslaşdırılmış pəhrizin olması vacib şərtdir. Qəbul etdiyiniz qida və içkilər sizin və böyüməkdə olan körpənizin düzgün qidalanmasına kömək edir. Balanslaşdırılmış, sağlam hamiləlik pəhrizi sizin dünyaya gələcək körpənizin sağlam və güclü olması üçün lazım olan qidanı təmin edir. Hamiləlik dövründə qaçılmalı olan qidalardan bəziləri ilə ilə tanış olun, onlar sizin böyüməkdə olan körpənizə ziyan vura bilər, buna görə də onlardan uzaq qalmaq

Hamiləlik trimestri

Normal, tam hamiləlik dövrü təxmini 37-42 həftə arası sürür və üç trimeste bölünür. Hər trimestr 12-14 həftə arası çəkir. Birinci trimestr birinci həftədən başlayaraq 13-cü həftəyə qədər davam edir.Birinci trimestr ərzində ola bilər ki, hamilə görünməyəsiniz,lakin sizin bədəniniz böyük dəyişikliklərdən keçir. İkinci trimestr 13-cü həftədən başlayaraq 27-ci həftəyə qədər davam edir. İkinci trimestr ərzində hamiləlik bir qədər asanlaşır. Bu həqiqətən dəyişiklik dövrüdür, belə ki, qarnınız artıq yumrulanıb və siz dostlarınıza və ailənizə bu xəbəri bildirmək istəyirsiniz. Üçüncü trimestr 27-ci həftədən başlayaraq körpənizin anadan olmasına qədər davam edir. Körpənizin inkişafı üçüncü trimestr ərzində sürətlənir və ağrıların olması normaldır, belə ki, sizin yükünüz artır.

Hamiləlik haqqında ətraflı

Hamiləlik dövründə bədəninizdə baş verən dəyişikliklər haqqında ətraflı, körpəniz, doğuş sancısı və doğum üçün necə hazırlaşmalı barədə bizim səhifəmizdən məlumat alın.

Qeydiyyatın üstünlükləri

  • Sizin hamiləlik və ya analıq mərhələnizə uyğun olan qida üzrə ekspert məsləhəti
  • Analığa doğru yolda bütün məlumatlar barədə məktublar
  • Xüsusi güzəştlər və aksiyalar
Artıq üzvsünüz? Daxil ol

Mövzu üzrə digər keçidlər

Hamiləlik dövründə bilməli olduğunuz hər şey

Abunə ol!
X