Sleep-during-pregnancy

Hamiləlik zamanı yuxu

Hamiləlikdə yuxu problemləri
Yorğunluq​​ və yuxu baxımdan üçüncü trimester çətin ola bilər. Uşaq gözləyən anaların gecələr oyanması (sadəcə sidiyə çıxmaq istəyinə görə yox) ümumidir. Bədəniniz sizi oyandıran ağrılar hiss edə bilər. Uşağı daşımağınız sizi duruşunuzu dəyişməyə məcbur edə bilər və sizdə aşağı bel ağrısı yarana bilər. Oynaqlarınızın əzələləri doğuma hazırlıq olaraq yumşala və bu narahatçılıq yarada bilər, xüsusən çanaq sahəsində.
Siz xoruldadığınızı və ya daha tez-tez xoruldadığınızı görə bilərsiniz, çünki burun kanalları şişir və tənəffüs çətinləşir. Əgər siz ağır xoruldadığınızı hiss edirsinizsə, həkiminizlə məsləhətləşin, çünki bu düzgün tənəffüsə mane ola bilər. Siz ayağınızdakı sancılar və ya Narahat Ayaq Sindromu adlanan sizdən asılı olmayan hərəkətlər səbəbindən oyana bilərsiniz. Bu mikroqidalandırıcıların balanssızlığı səbəbindən olduğu hesab olunur və doğumdan sonra keçir.

Yuxu azlığı sizi soyuqdəyməyə, xəstəliyə və depresiyaya qarşı daha həssas edir. Buna görə də, hamiləlik zamanı yuxu azlığının öhdəsindən gəlmək üçün məlumatları oxuyun.

Hamiləlik zamanı yuxulama üsulları
Hətta hamilə olmayarkən belə yaxşı gecə yuxusu almaq üçün 100%-lik üsul yoxdur. Lakin bir çox qadın üçün işə yarayan, yoxlanılmış və sınaqdan keçmiş üsullar var. Hamilə olarkən daha yaxşı yuxulamaq üçün aşağıdakı məsləhətlərdən istifadə edin.
  • Sol böyrü üstə yatın. Bu dölə və sizin uşaqlıq və böyrəklərinizə qan axışına imkan yaradır. Uzun müddətə arxası üstə uzanmayın.
  • Arxanızı və ayaqlarınızı dəstəkləmək üçün hamiləlik balışları istifadə etməyə çalışın.
  • Əgər sizdə ayaq sancıları varsa, qazlı içkilərdən uzaq durun.
  • Əgər yata bilmirsinizsə, yataqda özünüzü yatmağa məcbur edərək uzanmayın. Qalxın və kitab oxuyun, jurnalda yazın və ya isti vanna qəbul edin.
  • Əgər ayağınızda sancılar olarsa, ayağınızı düzləşdirin və yuxarı doğru qaldırın. Rahatlaşın.
  • Müntəzəm oyanma və yuxulama saatlarına uyğun gedin.  Bu sizin bədən saatınızı tənzimləyəcək və bədəninizi müəyyən vaxtlarda yatmağa və oyanmağa öyrədəcək. Hamiləlik zamanı, bir çox insanın tələb etdiyi adi 7-9 saatlıq yuxudan daha artıq müddətə yuxulamaq istəyə bilərsiniz.
  • Kafein qəbul etməyi azaldın. Həddindən artıq çox kafein yuxuya təsir edir və buna görə də, səhər və ya ən geci günorta kafein qəbulunuzu azaltmaq yaxşı olardı. Yuxu vaxtına yaxın çoxlu yemək və ya içki qəbul etməyin. Bir çox qadın axşam yeməklərini günün ən az yeməyi edirlər ki, yuxu zamanı narahatlıq olmasın.
  • Yuxu vaxtına yaxın hər hansı gərgin idman etməyin. İsti vanna və ya qaynar içki kimi rahatlaşdırıcı bir şey edin.
Abunə ol!
X