Healthy-pregnancy-diet

Sağlam hamiləlik pəhrizi

Sağlam Hamiləlik Pəhrizi
Hamiləlik zamanı sağlam qidalanma vacibdir, çünki vitaminlər və minerallar sizdən ciftinizə və körpənizə ötürülür. Balanslı, sağlam hamiləlik pəhrizi sağlam və güclü inkişaf üçün lazımi qidaları doğulmamış körpənizin əldə etməsini təmin edəcək. 
Gündəlik pəhrizinizdə kiçik dəyişikliklər hər ikinizə xeyirli olacaq. Hətta əgər siz hər zaman sağlam qidalanmısınızsa belə, hamiləlikdə qəbul olunması məsləhət olmayan qidalar var.

Hamiləliyin ilk bir neçə ayında ürəkbulanması və qaytarma sağlam pəhrizi saxlamağı çətinləşdirə bilər. Lakin, əgər siz yaxşı balanslı pəhrizlə yeyirvə prenatal vitaminlər​​ qəbul edirsinizsə, bu vəziyyət keçənəcən siz özünüzü və körpənizi sağlam saxlamaq üçün kifayət qədər qidalanmış sayılırsınız.

Hamiləlik dövründə sağlam qidalanma üçün məsləhətlər.
Qidaların yaxşı balansını əldə etmək üçün müxtəlif yeməklər yeyin.
  • Az miqdarda və tez-tez yeyin. Siz gündəlik 3 əsas yemək yeməlisiniz və aralarında 2-3 yüngül qəlyanaltı olması məsləhətdir.
  • Lif qəbulunuzu artırmaq üçün əlavə meyvə və tərəvəz porsiyaları, bütün taxıl növlərindənolan sıyıqlar və lobyalar qəbul edin.
  • Kifayət qədər vitamin və minerallar qəbul etdiyinizdən əmin olun. Pəhrizinizə prenatal multivitaminlər və fol turşusu əlavə edin. 
  • Pəhrizinizə əlavə etmək üçün zəngin vitamin C mənbələri qırmızı şirin bibər, portağal, çiyələk, kivi, brokkoli, kələm, Brussel cücərtisi, gül kələmi və pomidordur. 
  • Gündəlik ən azı 2 litr su için. Əlavə olaraq az-yağlı süd, təbii meyvə şirələri və sup qəbul edin.
  • Gün ərzində 2 fincandan artıq çay və kofe içməyin.
  • Hər həftə bir yağlı balıq bir ağ balıq yeməyə çalışın (lakin köpək balığı, qılınc balığı və marlindən uzaq qalın).
  • Zeytun yağı istisna olmaqla bitki yağlarını qənaətlə istifadə edin, . O həm yemək bişirməkdə, həm də, salad hazırlamaqda istifadə oluna bilər. 
  • Yarımfabrikat və konserv yeməklərində yüksək səviyyədə duz və əlavələr ola bilər, buna görə də, mümkün olduqca hər yerdə onları qəbul etməkdən çəkinin.
  • Şirniyyatlar, çipslər, pirojnalar, bulkalar, yağlar və şəkər heç bir əlavə qidalandırıcı dəyərə malik deyillər - yalnız əlavə kalori təmin edirlər. Buna görə də, sadəcə müəyyən vaxtlarda qəbul etmək üçün saxlanılmalı və ya daha sağlam əvəzediciləri ilə əvəz olunmalıdırlar. Onlara qarşı indi dözmək, sonradan hamiləlikdən öncəki formanızı almağa kömək edəcək.
Müəyyən qida qrupundan kifayət qədər qəbul etmədiyinizi fikirləşirsinizsə və bəzi vitaminləri, mineralları və ya digər qidalandırıcıları nəzərdən qaçırdığınız haqqında narahatsınızsa, təhlükəsiz hamiləlik qidalanmasını sizə məsləhət görə biləcək həkimizə müraciət edin.
Abunə ol!
X