Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Getdikcə hərəkətli olan 7-9 aylıq körpəniz iməkləyərək, sürünərək və sürüşərək yerimək istiqamətində ilk hərəkətini edir. Əl-qol hərəkəti etmək və sizin adınızı deməsi kimi bacarıqları onun ünsiyyət qabiliyyətinin nə qədər inkişaf etdiyini göstərir. Amma “yox” sözünü başa düşməsi üçün hələ bir qədər vaxt lazımdır.
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
7-9-cu aylarda körpənizin ətrafındakı dünya haqqında artan marağı hər şeyi onun üçün bir macəra edir. Pərdələri dartmasından tutmuş künclərə və boş, dar yerlərə girməsi kimi hərəkətlərindən yayındırmaq üçün vaxtınızın çox hissəsini onun təhlükəsizliyini qorumağa gedə bilər.
Xüsusən sevimli oyuncaqlar və ya yeməklər üçün öz seçimlərini irəli sürməsi 7 aylıq körpənin inkişafının geniş qəbul olunmuş hissəsidir. Yemək vaxtlarının rəvan getməsinə arzulasanız da, onun ehtiyacı olan vitamin və minarelları təmin edən çeşidli qidalar da çox vacibdir. Bu məqaləmizdə hər qidalandırıcı maddənin əhəmiyyəti barədə öyrənin.
Körpəniz həmçinin səsinizə reaksiya verə və hətta adınızı deməyə cəhd də göstərə bilər, hərçənd ki, “ana”nı “ata” ilə qarışdıra da bilər.
Hələ ki, ilk dişlərinin heç bir əlamətini görmürsünüzsə, narahat olmayın, onlar adətən indi və doqquzuncu ay arasında üzə çıxır. Ağız suyunun axması, əhvalının tez-tez pozulması yeni dişlərinin yolda olması əlamətləri ola bilər.
Jestlər körpənizin ünsiyyət bacarıqlarının əhəmiyyətli inkişafı və dil açmasının müjdəçisidir.1 Körpəniz onu qucağınıza götürməyiniz üçün ağlamaq əvəzinə əllərini yuxarı qaldıra və sizə baxa və ya düşmək istəyərkən sizə hər hansı bir işarəni verə bilər.1
Yeddi aylıq körpəniz necə olur, olsun ətrafda dolaşmağa həvəsli olacaq. Sürünərək, iməkləyərək, sürüşərək, yuvarlanaraq, ya da bunların hamısını birləşdirərək. İstənilən halda oyuncağı körpənizin əli çatmayan yerə qoyub onu götürməsinə həvəsləndirməyiniz hərəkət qabiliyyətinin inkişafına kömək edər.
O, hətta bir qədər dəstəklə özünü ayaqları üstə saxlaya biləcək qədər güclüdür, bu da gəzməyi öyrənməsinə hazırlıq üçün bir köməkdir. Fincandan tutub içə bilmək, yaxud bacararsa, qaşıqla yeyə bilmək bacarığı yemək yeməsini daha sərbəst hala gətirir.
Dəmir 7-9 aylıq körpənin beyin inkişafı üçün vacib qidalandırıcı olaraq qalır. Əslində, 7 aylıq olarkən onun dəmirə olan ehtiyacı 30 yaşlı insanın ehtiyacı ilə eynidir (bədən çəkisinin hər kilosuna görə). Yağsız qırmızı ət, toyuq, yumurta, lobya və yaşıl yarpaqlı tərəvəzlər kimi dəmirlə zəngin qidalar ana südündən ayırma pəhrizinin əsas hissəsidir. Körpələr üçün zənginləşdirilmiş səhər yeməyi yarması da mükəmməl mənbədir.
Onu yeni dadlar və daha bərk tekstura ilə tanış etməyə başladıqca yağlı balıqlar, ət və quru meyvələr kimi dəmirlə zəngin qidaları 7-9 aylıq körpənizin pəhrizinə rahatlıqla daxil edə bilərsiniz. Körpə yeməyi hazırlamaq və yeni tərkiblər barədə daha çox məlumat üçün məqalələrimizi oxuyun.
Körpənizə qaşıq verməyiniz onun yeməyi öyrənməsinə kömək edəcək və əgər o, yemək götürməyə davam edərsə, bu onun sərbəst yeməyə çalışmasının əlamətidir. Dağınıq olsa da, bu yolla daha çox yediyini görə bilərsiniz.
Ayaq əzələlərinə daha yaxşı nəzarət etməyi bacardıqca körpənizi qucağınızda atıb-tutmağınız onun üçün sonsuz əyləncə olar. Bu mərhələdə evdə şallar və yastıqlarla təmin olunmuş oyun guşəsi ətrafında dolaşması onun əzələlərinin güclənməsi üçün mükəmməldir. Yeni bacarıqlarından istifadə edərək ətrafındakıları kəşf etməyə başlayarkən təhlükəsizlik üçün həmişə onun yanında olmağı unutmayın.
Körpəniz 7-9-cu aylarında hələ danışmasa da, o öz adını tanımağa başlayıb və tezliklə adını eşidərkən başını döndərməlidir.
Artıq ustalaşdığı səsləri təkrarladıqca onun təsadüfi “qağ-quğ”ları sözlərə oxşamağa başlayacaq. Onunla söhbət etmək, kitab oxumaq, mahnı oxumaq səsləri tanımasına və yaddaşına yazmasına kömək edir. Körpənizə mahnı oxumaq onu danışmağa təşviq etməyin əla vasitəsidir, həmçinin bağlılıq yaratmaq və beyin inkişafını da dəstəkləyir.
1. Parenting. Month-by-month guide to baby’s milestones [Online]. Available at: www.parenting.com/article/month-by-month-guide-to-babys-milestones [Accessed April 2014]
Son baxış: 13 avqust 2014
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.