Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Əgər körpəniz nələrisə ağzına aparmaq üçün əllərini və gözlərini koordinasiya edə bilirsə, deməli, o, ana südündən ayırma prosesinə hazır ola bilər. Bu onun inkişafında vacib bir mərhələdir və yalnız hazır olduğunu əmin olduğunuzdan sonra başlaya bilərsiniz. İştahında qəfil, qısa müddətli artımın olması ana südündən ayırmaya hazır olduğunun əlaməti deyil.
Körpəniz yuvarlanmaq və oturmaq kimi yeni bacarıqlar öyrəndikcə hər gün daha çox enerjiyə ehtiyacı olacaq. Artan iştahı ilə tezliklə onu ana südündən ayırma dövrünün ilk qidasının dadı və teksturası ilə tanış etmək zamanı gələcək. Ana südündən ayırma prosesinə hazır olanda körpəniz süddən daha çoxuna hazır olduğuna dair müəyyən işarələr göstərəcək. Bütün körpələr öz sürətlərinə görə böyüyürlər, amma nələrə diqqət edilməli olduğunu bilməyiniz onu ehtiyac duyduğu vaxt əlavə qidalandırıcı maddələr ilə təmin etməyinizi asanlaşdıracaq.
Körpələr adətən ilk altı ay ərzində böyümə sıçrayışları edirlər və bu da aclıq hissinin güclənməsinə səbəb olur. Körpəniz qatı qidaları həzm etməyə hazır olmamışdan əvvəl həzm sisteminin inkişaf etməsi üçün zamana ehtiyacı olduğuna görə bu əlaməti ana südündən ayırmağa hazır olması işarələri ilə səhv salmamaq vacibdir. Araşdırmalar təsdiq edir ki, qatı qidaları qətiyyən 4 aydan (17 həftə) əvvəl vermək olmaz. Buna qədər bağırsaq ana südü və ya südlü qatışıqdan başqa qidaların öhdəsindən gələcək qədər inkişaf etmir, bu isə onun infeksiyalara daha həssas olmasının mənasını verir.
Mütəxəssislər ilk altı aya (26 həftə) qədər ana südü və ya südlü qatışığın sağlam doğulan körpələr üçün yeganə qidalanma mənbəyi olmasını tövsiyə edir. Buna qədər körpəniz ona lazım olan bütün qidalandırıcı maddələri körpə südü və ya ana südü vasitəsilə əldə edəcək.
Əgər körpəniz böyümə sıçrayışı yaşayırsa, aclıq hissinin böyüməsi sadəcə müvəqqəti hal olacaq və onun iştahı tezliklə normal şəklinə qayıtmalıdır. Əlavə ana südü və ya südlü qarışıq artan aclıq hissini qarşılamaq üçün kifayətdir.
Bir neçə əlamət körpənizin ana südündən ayırma prosesinə hazır olduğunu sizə göstərəcək. Bunlardan biri və ya daha çoxu 6 aydan əvvəl üzə çıxsa da, bu müddətədək hamısının inkişaf etməsi nadir hallarda ola bilər. Körpəniz aşağıdakı əlamətlərin çoxunu və ya hamısını nümayiş etdirəndə ana südündən ayırma prosesinə hazır olmalıdır.1
Gecə oyanması və yumruğunu əmməsi ana südündən ayırma prosesinə hazır olmaq əlamətləri ilə səhv salına bilər. Amma bu əlamətlər təklikdə bu prosesə hazır olmasına işarə kimi qəbul edilə bilməz. Əgər körpənizin 6 ayından əvvəl ana südündən ayırma prosesinə hazır olduğunu düşünürsünüzsə, həkiminizdən məsləhət almalısınız.
Son baxış: 11 iyul 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.