Zəhmət olmasa, bu vacib qeydi oxuyun.

Zəhmət olmasa, bu vacib qeydi oxuyun.

Davam et düyməsini sıxaraq siz Nutrilon körpə südləri və digər məhsullar haqqında məlumatı görmüş olacaqsınız. Əgər davam etməyi seçirsinizsə, siz qəbul edirsiniz ki, Nutriciababy bu məlumatı sizin şəxsi istəyiniz müqabilində sizə məlumat vermək məqsədi ilə təqdim edir.

Ana südü ilə qidalandırma körpələr üçün ən xeyrilsidir və yaxşı olardı ki, doğuşdan dərhal sonra başlansın. Ana südü ilə qidalandırmamaq qərarını dəyişmək çətindir. İlk həftələrdə ana südü və şüşə ilə qidalandırmanın birləşdirilməsi sizin ana südü təminatınızı azalda bilər. Ana südü ilə qidalandırarkən sağlam, balanslı pəhriz vacibdir. Körpənizi qidalandırmağı qərara alarkən körpə südünün dəyəri və sosial əhəmiyyətini nəzərə almaq lazımdır. Əgər siz körpə südü istifadə edirsinizsə, körpənizin sağlamlığı üçün bütün hazırlıq təlimatını çox ehtiyatla izləmək çox vacibdir. Körpənizi qidalandırmaq haqqında hər zaman həkiminiz, mamaçanız, həkiminiz və ya farmasevlə məsləhətləşin.

Şüşə ilə yedirtmək üçün ləvazimatlar

Əsas şüşə ilə yedizdirmə ləvazimatı 
Ən azı altı körpə şüşəsi lazımdır. Bir çox körpələr gün ərzində təxminən altı dəfə yeyirlər, buna görə də, əgər siz şüşə ilə qidalandırmağı planlaşdırırsınızsa, bu sizdə həmişə kifayət qədər şüşənin olduğunu təmin edəcək.
  • Azı altı məməcik
  • Sterilizə etmək üçün ləvazimat
  • Şüşə təmizləyən fırça
  • Əgər sağılmış süd istifadə etmirsinizsə, sizin körpə qatışığı seçiminiz.
Körpə şüşələri
Körpə şüşələri iki ölçüdə olurlar: kiçik 120 ml şüşələr, balaca körpələr və yeni doğulmuş körpələr üçün idealdırlar: və böyük 225 ml şüşələr, daha böyük körpələr üçün uyğundur. Onların eni üç cür olur: geniş boğazlı, adi boğazlı və dar boğazlı. 
 
Bəzi geniş boğazlı şüşələr xüsusilə, körpənizin qaza və narahatçılığa səbəb olacaq həddindən artıq hava udmasının qarşısını almaq üçün hazırlanıblar. Geniş boğazlı şüşələrin əlavə üstünlüyü budur ki, onlara qatışıq tökərkən daha az dağıntı olur və təmizlənməsi asandır. Lakin, adi boğazlı şüşələrə məməcik tapmaq asandır və sərinləşdiricilərə və sterilizatorlara uyğundurlar. 

Sancı əleyhinə şüşələr
Belə düşünülür ki, sancılara​​​ səbəb körpələrin qidalanma zamanı həddindən artıq hava udması ilə əlaqədardır. Bəzi körpə şüşələri və məməcikləri körpələrin qidalanma zamanı hava udmalarını azaltmaq üçün hazırlanmışdırlar. Buna görə də, əgər körpənizdə sancı əlamətləri varsa bunları sınamağa dəyər.

Şüşə sterilizatoru
Körpənizin immun sistemi hələ də tam formalaşmayıb, xüsusən. əgər körpənizin 6 aydan az yaşı varsa. Buna görə də, hər hansı zərərli mikrobları öldürmək üçün qidalandırma ləvazimatını sterilləşdirmə çox vacibdir.  Sterilləşdirməzdən əvvəl, şüşələri və əmzikləri ilıq sabunlu su ilə tamamilə təmizlədiyin və şüşə fırçası ilə sürtün (siz onları həmçinin qabyuyana da qoya bilərsiniz).

Bu edildikdən sonra, körpənizin qidalanma ləvazimatlarını setrilləşdirməyin bir neçə yolu var:
  • Qaynatma - ləvazimatı bərk bağlanan qapaq ilə soyuq su qabına qoyun və 5 dəqiqə qaynadın.
  • Buxarla sterilləşdirmə - körpə şüşəsini sterilləşdirməyi təxminən 10 dəqiqə vaxt aparan elektrik buxarlandırıcı.
  • Kimyəvi sterilləşdirici - istehsalçının təlimatına uyğun olaraq sterilləşdirici tablet və ya suda həll olunmuş məhluldan istifadə edin və şüşələri bunlardan birinin içinə bir müddət qoyub saxlayın, adətən azı bir saat.
Körpə şüşəsi əmzikləri
Şüşə əmzikləri müxtəlif formalarda, ölçülərdə və materiallarda istehsal olunur. Siz və körpəniz üçün düzgün seçim istifadə etdiyiniz süddən və körpənizin seçimindən asılıdır. Yeni doğulmuş körpələr üçün, az axan əmziklərlə başlamaq məsləhətdir. Körpəniz böyüdükcə və əmməyə öyrəşdikcə sürəti artırmaq olar.

Əgər körpəniz qidalanma zamanı boğularsa, tüpürərsə və ya axıntı olarsa bu süd axınının sürətli olmasını göstərə bilər - çalışın daha az axıntılı şüşə əmziyinə keçəsiniz.  Şüşə əmzikləri uzun müddət qalmır və korlana bilərlər, buna görə də, onları müntəzəm olaraq yoxlayın.
Abunə ol!
X