Zəhmət olmasa, bu vacib qeydi oxuyun.

Zəhmət olmasa, bu vacib qeydi oxuyun.

Davam et düyməsini sıxaraq siz Nutrilon körpə südləri və digər məhsullar haqqında məlumatı görmüş olacaqsınız. Əgər davam etməyi seçirsinizsə, siz qəbul edirsiniz ki, Nutriciababy bu məlumatı sizin şəxsi istəyiniz müqabilində sizə məlumat vermək məqsədi ilə təqdim edir.

Ana südü ilə qidalandırma körpələr üçün ən xeyrilsidir və yaxşı olardı ki, doğuşdan dərhal sonra başlansın. Ana südü ilə qidalandırmamaq qərarını dəyişmək çətindir. İlk həftələrdə ana südü və şüşə ilə qidalandırmanın birləşdirilməsi sizin ana südü təminatınızı azalda bilər. Ana südü ilə qidalandırarkən sağlam, balanslı pəhriz vacibdir. Körpənizi qidalandırmağı qərara alarkən körpə südünün dəyəri və sosial əhəmiyyətini nəzərə almaq lazımdır. Əgər siz körpə südü istifadə edirsinizsə, körpənizin sağlamlığı üçün bütün hazırlıq təlimatını çox ehtiyatla izləmək çox vacibdir. Körpənizi qidalandırmaq haqqında hər zaman həkiminiz, mamaçanız, həkiminiz və ya farmasevlə məsləhətləşin.

Ana südü ilə qidalandırma körpələr üçün ən xeyirlisidir

Ana südündən şüşə ilə qidalandırmağa keçid.
Ana südü ilə qidalandırmağı dayandırmaq həm fiziki həm də emosional cəhətdən böyük qərardır. Ana südündən şüşə ilə qidalandırmağa keçəndən sonra, geri qayıtmaq çətindir. Əgər müntəzəm olaraq ana südü ilə qidalandırmırsınızsa döşləriniz süd təminatını azaldır və həmin təminatı yenidən qaytarmaq asan deyil. Bu addımı atmazdan əvvəl əmin olun.

Ana südü ilə qidalandırmanı necə azaltmaq lazımdır?
Bədəninizin az süd təmin etməyə öyrəşməsi üçün 7 gün vaxt lazım olacaq. Hər həftə bir az ana südü ilə qidalandırmanı azaltmaq, döşlərinizin dolmasının və mastitin başlamasının qarşısını alacaq. Əgər döşləriniz çox şişibsə və ya narahatdırsa, təzyiqi azaltmaq üçün bir az süd sağa bilərsiniz. Lakin, təzyiqə və ya həddindən artıq süd sağmağa qarşı dayanıqlı olun, çünki bu süd təminatını davam etdirəcək.
 
Ana südü ilə qidalandırılmış körpələrin şüşə ilə qidalandırılması
Sizə lazım olan bütün şüşə ilə yedirtmə ləvazimatlarının​ olmasını təmin edin: şüşələr, məməciklər, sterilizə edicilər və s.   Həmçinin, əmin olun ki, əgər sağılmış süd istifadə etmirsinizsə, uşaq üçün qatışığı hazırlamaq haqqında təlimatı oxumusunuz və başa düşmüsünüz.

Bəzi körpələrdə şüşə ilə qidalanmaya öyrəşmək digərlərindən daha çox vaxt alır. Lakin aşağıda bəzi məsləhətlər verilmişdir:
  • Körpənizə südü müxtəlif tempraturlarda verin - bəzi körpələr bədən hərarətinə ( ana südü kimi) üstünlük verir, digərləri isə daha sərin və ya otaq hərarətinə üstünlük verirlər.
  • Müxtəlif məmələr və məməcikləri yoxlayın. 
  • Başqa bir şəxsdən körpənizi yedizdirməsini xahiş edin və otağı tərk edin ki, sizi görməsin və ya iyləməsin.
  • Körpə qidalanarkən oyuncaq və ya CD-dən istifadə edin ki, fikri yayınsın.
  • Körpəniz 6 aydan yuxarıdırsa körpə şüşəsindən istifadə edin. 
  • Şüşə ilə qidalandırmaq üçün bir az ana südü sağın. Tanış dad körpənizin öyrəşməsinə kömək edə bilər.
  • Rahat olun - əgər siz rahatsınızsa, körpənizdə rahatlaşacaq.
  • Səbrli olun - bu bir az vaxt ala bilər, lakin sonda körpə şüşə ilə qidalanmağa öyrəşməlidir.
Əgər siz hər şeyi yoxladınızsa və körpəniz hələ də şüşədən qidalanmadan razı deyilsə, həkiminizlə danışın.

Şüşə ilə qidalandırılan körpəyə bağlanmaq
Körpələr ana südü ilə qidalanmada yaxınlığı sevirlər. Lakin əgər siz şüşə ilə qidalandırırsınızsa, siz bağlanmanı qidalandırma zamanı körpənizin dərisinə toxunmaqla yarada bilərsiniz. Körpənizlə danışın və ya ona mahnı oxuyun və çoxlu göz əlaqəsi yaradın.
Abunə ol!
X