Zəhmət olmasa, bu vacib qeydi oxuyun.

Zəhmət olmasa, bu vacib qeydi oxuyun.

Davam et düyməsini sıxaraq siz Nutrilon körpə südləri və digər məhsullar haqqında məlumatı görmüş olacaqsınız. Əgər davam etməyi seçirsinizsə, siz qəbul edirsiniz ki, Nutriciababy bu məlumatı sizin şəxsi istəyiniz müqabilində sizə məlumat vermək məqsədi ilə təqdim edir.

Ana südü ilə qidalandırma körpələr üçün ən xeyrilsidir və yaxşı olardı ki, doğuşdan dərhal sonra başlansın. Ana südü ilə qidalandırmamaq qərarını dəyişmək çətindir. İlk həftələrdə ana südü və şüşə ilə qidalandırmanın birləşdirilməsi sizin ana südü təminatınızı azalda bilər. Ana südü ilə qidalandırarkən sağlam, balanslı pəhriz vacibdir. Körpənizi qidalandırmağı qərara alarkən körpə südünün dəyəri və sosial əhəmiyyətini nəzərə almaq lazımdır. Əgər siz körpə südü istifadə edirsinizsə, körpənizin sağlamlığı üçün bütün hazırlıq təlimatını çox ehtiyatla izləmək çox vacibdir. Körpənizi qidalandırmaq haqqında hər zaman həkiminiz, mamaçanız, həkiminiz və ya farmasevlə məsləhətləşin.

Həm ana südü ilə qidalandırmaq, həm də şüşə ilə yedirtmək

Nəyə görə ana südü ilə qidalanmanı şüşə ilə yedizdirmə ilə birləşdirmək lazımdır?
Qarışıqla yedizdirməni seçən analar deyir ki, bu iki dünyanın ən yaxşısını təmin edir: onların körpələri ana südünün möhəşəm xeyrini əldə edir, həmçinin, bu analara hərəkətdə olarkən qidalandırmaq üçün daha çox azlıq verir. Bu həmçiin partnyorunuzun qidalandırmada iştirak etməsini təmin edir, xüsusən gecə vaxtı qidalandırmada. Lakin, körpəniz nə qədər az ana südü ilə qidalansa, bədəniniz bir o qədər az süd təmin edəcək və şüşə ilə qidalandırmaya keçdikdən sonra geri qayıtmaq çətindir.  Qarışıqla qidalandırma böyük qərardır və bunu həkimlə məsləhələşmədən qəbul etmək olmaz.

Ana südü ilə qidalandırma və şüşə ilə qidalandırmanı qarışdırmağa nə vaxt keçmək lazımdır.
Ana südü ilə qidalandırma tam öyrəşmiş olana qədər qatışıqla qidalandırma nəzərdə tutulmamalıdır. Məlumat olaraq bildirək ki, bu təxminən 6-8 həftələr arası olur. Əgər uşaq qatışığı ilə şüşə ilə qidalandırma ana südü ilə qidalandırmaya öyrəşməzdən əvvəl başlamışdırsa, körpəniz şüşə ilə qidalanmaya üstünlük verə və eyni zamanda ana südü ilə qidalanmanı tərgidə bilər. Gözləmək o mənaya gəlir ki, körpənizin səhv etmə ehtimalı azdı və sizin bədəninizin nə qədər süd təmin etməli olduğunu və körpənizin nə qədər qidalanmalı olduğunu öyrənməyə vaxtı olacaq.

Ana südü ilə qidalandırma ilə şüşə ilə yedizdirməni qarışdırmazdan əvvəl
Ana südü ilə qidalandırmadan və şüşə ilə qidalandırmadan hansıları istədiyinizi öncədən diqqətli fikirləşin. Müntəzəm rejimə uyğun getmək döşlərinizin düzgün vaxtda düzgün miqdarda süd təmin etməsinə kömək edəcək. Yavaş davranmağı və bədəninizə öyrəşmək üçün vaxt verməyi unutmayın.
Abunə ol!
X