Zəhmət olmasa, bu vacib qeydi oxuyun.

Zəhmət olmasa, bu vacib qeydi oxuyun.

Davam et düyməsini sıxaraq siz Nutrilon körpə südləri və digər məhsullar haqqında məlumatı görmüş olacaqsınız. Əgər davam etməyi seçirsinizsə, siz qəbul edirsiniz ki, Nutriciababy bu məlumatı sizin şəxsi istəyiniz müqabilində sizə məlumat vermək məqsədi ilə təqdim edir.

Ana südü ilə qidalandırma körpələr üçün ən xeyrilsidir və yaxşı olardı ki, doğuşdan dərhal sonra başlansın. Ana südü ilə qidalandırmamaq qərarını dəyişmək çətindir. İlk həftələrdə ana südü və şüşə ilə qidalandırmanın birləşdirilməsi sizin ana südü təminatınızı azalda bilər. Ana südü ilə qidalandırarkən sağlam, balanslı pəhriz vacibdir. Körpənizi qidalandırmağı qərara alarkən körpə südünün dəyəri və sosial əhəmiyyətini nəzərə almaq lazımdır. Əgər siz körpə südü istifadə edirsinizsə, körpənizin sağlamlığı üçün bütün hazırlıq təlimatını çox ehtiyatla izləmək çox vacibdir. Körpənizi qidalandırmaq haqqında hər zaman həkiminiz, mamaçanız, həkiminiz və ya farmasevlə məsləhətləşin.

Körpənin qatışığının dəyişdirilməsi

Körpə qatışığını necə dəyişmək lazımdır. 
Körpə qatışığını dəyişmək vaxtı çatanda, bir çox analar körpələrini növbəti qatışığa keçirmək və hansı süddən istifadə etmək lazım olduğu haqqında əmin deyillər. Bu məsələ olmadığı halda, körpə qatışığının dəyişdirilməsi birdən baş verməməlidir. Körpənizin yeni qatışığa öyrəşməsi bir həftə vaxt aparacaq, buna görə də, onu tədricən verin. 

Körpənizin nəcisinin tezliyi, durluğu və rəngi dəyişə bilər və ya körpənizdə daha çox külək ola bilər. Yeni südün və inqredientlərin qidalandırıcı tərkibi əvvəlkindən fərqli ola bilər və onun həzmetmə sisteminin buna öyrəşməsinin biraz vaxt alması normaldır. Əbər qatışığı dəyişmək istəyirsinizsə və ya körpə qatışığının növbəti mərhələsinə keçmək istəyirsinizsə, həmişə həkiminizlə məsləhətləşmək yaxşı olardı.

Hansı körpə südü istifadə etmək lazımdır?
İstifadə olunacaq ən yaxşı süd körpənizin yaşına və tələblərinə uyğun olan süddür. Körpənizin həzmetmə problemlərinə kömək edən körpə qatışıqları ilə yanaşı, onların müəyyən böyümə mərhələsində ehtiyaclarını qarşılamaq üçün lazım olan vitamin və minerallarla bol xüsusi hazırlanmış qatışıqlar da var. Körpə qatışığını dəyişməzdən əvvəl həmişə həkiminizlə məsləhətləşin.
 
Xüsusi körpə qatışığı
Əgər körpənizə xüsusi süd təyin olunubsa (bəzən Xüsusi Tibbi Məqsədlər üçün Qida olaraq adlandırılan) , körpənizin qatışığını dəyişməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Rahat südlər
"Rahat" südlər, sancısı və ya qəbizliyi olan körpələr üçün xüsusi olaraq hazırlanmışdır. Əgər həkiminiz bunu tövsiyə edərsə, buna mümkün qədər tez keçin ki, körpəniz bunun xüsusi tərkibindən daha tez faydalansın.

Sancıqəbizlik keçdikdən sonra, onun yaşı üçün uyğun olan standart körpə qatışığına qayıda bilərsiniz. Əgər siz standart qatışığa qayıtmağa qərar versinizsə, bunu tədricən etməyə çalışın və hər hansı sancı və ya qəbizlik əlamətlərinin yenidən yaranıb-yaranmamasını yoxlayın.

Növbəti südlər
Növbəti südlər körpəniz 6 aylıq olandan sonra uyğundur və xüsusilə əlavə qidaya keçidi tamamlamaq üçün tərtib olunub. Onlar sizin körpənizə lazım olan bütün qidalandırıcıları kiçik həcmdə süd ilə təmin edir və körpələrin ilk qatı qidasına​ da yer saxlayır. 6 ayı olanda körpənizin birlikdə doğulduğu təbii dəmir ehtiyatları boşalmağa başlayır. Azı 12 ayına qədər əsas içki olaraq inək südünə keçid məsləhət deyil, baxmayaraq ki, yemək bişirilməsində istifadə oluna bilər.

Böyümə südləri
Körpənizin ilk ad günü həqiqətən mühüm mərhələdir. Körpəniz artıq yeriməyə başlayan körpədir və arta böyüməsini və inkişafını bəsləmək üçün qidalandırıcılara ehtiyacı var. Bu yaşda istədikləri və istəmədikləri barədə daha inadkar olmaları səbəbindən onların qidadan ehtiyacları olduğu bütün qidalandırıcıları onlara təmin etmək daha çətin ola bilər. Bu zaman Nutrilon 3 and Nutrilon 4/ böyümə südü 12-24 ay və 24+ kimi südlər kömək edə bilər. Onlar xüsusilə körpənizin inkişafına dəstək olmaq üçün hazırlanmışdır.

Nutrilon 3böyümə südü 12-24 ay körpənizə 1 və 2 yaşı arasında lazım olan bütün qidalandırıcıları təmin etmək üçün tam süd üzərində hazırlanmışdır. 2 yaşından sonra, müxtəlif və balanslı pəhrizlərdən qidalanan və yaxşı böyüyən körpələr, qaymağı yarı götürülmüş südlərə keçə bilərlər. Biz qaymağı yarı götürülmüş, xüsusi ilə bu yaş qrupu üçün nəzərdə tutulmuş Nutrilon 4 böyümə südü 24+ ay südünü hazırlamışıq.

Əgər körpənizin qatışığını dəyiçmək haqqında fikirləşirsinizsə, yadınızda saxlayın ki, bütün körpələr fərqli sürətdə inkişaf edir, buna görə də, körpə südünü dəyişmək üçün dəqiq cədvəl yoxdur. Sadəcə körpənizin fərdi mərhələlərinə uyğun süddən istifadə edin. Dəyişməzdən əvvəl və ya hər hansı bir narahatçılığınız varsa, həkiminizlə məsləhətləşin. ​​
Abunə ol!
X