Məxfilik Siyasəti

 

Məxfiliyə dair öhdəliyimiz
Saytımızı ziyarət etdiyinizə görə təşəkkür edirik.

Bizim Saytlardan istifadə edərkən və şəxsi məlumatlarınızı (elektron şəkildə) bizə bildirərkən biz sizin məxfilik hüququnuza hörmətlə yanaşırıq. Buna görə də "Nutricia" şirkəti tərəfindən idarə edilən Saytlar vasitəsilə bizə təqdim etdiyiniz şəxsi məlumatlarınızın "Nutricia" şirkəti, onun filialları və törəmə şirkətləri (“Nutricia”) tərəfindən necə toplanmasını, saxlanmasını, istifadə edilməsini və emal olunmasını izah etmək üçün hazırkı Məxfilik Siyasətini hazırlamışıq.  Hazırkı Məxfilik Siyasəti həmçinin sizin öz şəxsi məlumatlarınıza necə daxil olmağınızı, onların yenilənməsini və ya bu məlumatların toplanması və ya dəqiqliyi barədə necə şikayət verməyinizi izah edir.
Zəhmət olmasa məxfilik siyasəti barədə oxuyun və şəxsi məlumatlarınızla bağlı müvafiq tədbirləri anlayın. Siz saytımızı ziyarət etməklə, tətbiqlərimizdən istifadə etməklə və ya bizi öz məlumatlarınızla təmin etməklə hazırkı Məxfilik Siyasətində təsvir edilmiş metodları qəbul edirsiniz. Əgər hazırkı Məxfilik Siyasəti ilə razılaşmırsınızsa, xahiş olunur, bu Saytdan istifadə etməyin.
Bu Məxfilik Siyasəti öncədən xəbər verilmədən dəyişdirilə bilər və buna görə də hər hansı dəyişikliklərlə bağlı müntəzəm olaraq hazırkı Məxfilik Siyasəti nəzərdən keçirin. Siz hazırkı Məxfilik Siyasətini Şərt və Müddəalar və Kukilər barədə Bildirişlər ilə birlikdə oxumalısınız və bunlar bir yerdə bizim Saytlar və tətbiqlər ilə bağlı İstifadə Şərtlərini təşkil edir. Hər hansı sualınız olduqda zəhmət olmasa bizimlə əlaqə saxlayın.
Bizim topladığımız şəxsi məlumatlar
Ümumi şəxsi məlumatlar
Saytımız, mobil tətbiqlərimiz və ya digər vasitələrdən istifadə edərək bizimlə əlaqə saxladıqda siz tanınmanız üçün istifadə ediləcək şəxsi məlumatlarınızı təqdim edə bilərsiniz. Bu məlumatlar sizin şəxsi məlumatlarınızı (ad, ev və ya poçt ünvanı, telefon nömrəsi, doğum tarixi və / və ya e-poçt ünvanı), yüklədiyinizi şəkillərinizi və bizimlə paylaşmaq istədiyiniz hər hansı müştəri rəylərini (məhsul barədə rəylər) ehtiva edir.
 
Hesab və demoqrafik məlumatlar
Biz həmçinin Saytımızda sizin hesabınızı yaratmaq üçün tələb olunan loqin məlumatlarınızı və ya müəyyən xarakterik xüsusiyyətləri (məs: yaşınız, doğum tarixiniz, cinsiniz, coğrafi məkanınız, məişət məlumatlarınız, sevimli məhsullarınız və maraqlarınız).
 
Sizin profiliniz və digərləri ilə məlumat mübadiləsi
Qeydiyyatdan keçdikdən sonra siz qoruyub saxlaya və istənilən vaxt şəxsi məlumatlarınız ilə yeniləyə biləcəyiniz istifadəçi profili yaradacaqsınız və yüklədiyiniz hər hansı məlumatlar və ya şəkillər sizin istifadəçi profili ilə əlaqələndiriləcək. Biz istifadəçi adınız, parolunuz və şəkliniz kimi məlumatları toplaya bilərik.  Siz istifadəçi profiliniz ilə bağlı məlumatları və ya şəkilləri "Nutricia" şirkətinin Ekspertlər Qrupu ilə paylaşa bilərsiniz.  Biz həmçinin bu məlumatları toplaya bilərik.
 
Digər məlumatlar
Biz həmçinin digər şəxsi məlumatları (məs: cihazınız, İP ünvanınız, cihazınızın istismar sistemi, baxdığınız linklər, açdığınız Nutricia elektron məktubları və məlumat bülletenləri haqda məlumatlar) da toplaya bilərik.
 
Şəxsi məlumatlarınızı necə toplayırıq
Biz sizin haqqınızda məlumatları müxtəlif mənbələrdən toplaya bilər və bu məlumatlar xidmətlərimizdən istifadə edərkən və saytlarımızı ziyarət edərkən birbaşa olaraq sizdən daxil olan, habelə digər mənbələrdən toplaya biləcəyimiz informasiyaları ehtiva edir.
 
Birbaşa olaraq sizdən topladığımız məlumatlar
Bəzi sahələrdə siz şəxsi məlumatları birbaşa olaraq bizə təqdim edirsiniz. Bu, aşağıdakı yollarla toplanılmış məlumatları ehtiva edə bilər:
 
"Nutricia" şirkətinin Saytları / tətbiqləri: "Nutricia" şirkəti tərəfindən idarə olunan bütün istehlakçı (mobil) Saytları, o cümlədən üçüncü tərəfinən sosial şəbəkələri (məs: Facebook və hər hansı smartfon tətbiqlər).
 
Kağız nüsxə formaları - məsələn, kağız qeydiyyat kartları və müsabiqə giriş formaları. 
Nutricia klub- Nutricia klub vasitəsilə istehlakçılardan toplaya biləcəyimiz hər hansı şəxsi məlumatlar, məsələn, siz bizə sualla və ya rəylə və ya marketinq kommunikasiyalarına yazılmaqla əlaqədar zəng etdikdə.
 
Dosta göndərilən elektron məktub - bizim Saytlar məqaləni kiməsə həmin məqalənin aşağısında olan linkin üzərinə vurmaqla elektron şəkildə göndərmək imkanı yaradır, bu halda siz özünüzün və məqaləni göndərdiyiniz şəxsin e-poçt ünvanınızı yazmalısınız.
 
Sorğular - saytın məzmununu auditoriyaya daha yaxşı hədəfləmək üçün biz bəzən istifadəçi sorğularını apara bilərik. Biz bəzən bu sorğularda kompleks demoqrafik məlumatları tərəfdaşlarımızla paylaşırıq. Biz heç vaxt hər hansı üçüncü tərəflə müəyyən insanlar barədə məlumatı bölüşmürük.
 
Qeydiyyat - siz Nutricia klub və ya "Nutricia" şirkətinin saytlarında qeydiyyatdan keçərkən biz adınız, ünvanınız, e-poçtunuz, doğum tarixiniz, cinsiniz, valideynlik və / və ya hamiləlik statusunuz, habelə uşağınız barədə məlumatları toplaya bilərik. Fikrinizi dəyişdikdə siz istifadəçi profilinizə daxil olub üstün tutulan hüquqlarınızı yeniləməklə və ya e-poçtun aşağısında abunə olmaqdan imtina üzərinə klik etməklə bu yenilənmələrin qəbulundan istənilən vaxt imtina edə bilərsiniz.
 
Dolayı yolla topladığımız məlumatlar
Saytlarımızdan və ya mobil tətbiqlərimizdən istifadə edərkən biz müxtəlif texnologiyalar vasitəsilə sizin birbaşa olaraq təqdim etmədiyiniz müəyyən məlumatları toplaya bilərik:
Üçüncü tərəflərdən alınan məlumatlar - ümumilikdə biz şəxsi məlumatları birbaşa olaraq sizdən alırıq. Lakin bəzi hallarda biz məlumatları digər mənbələrdən (məs: istehlakçılarımız barədə əlavə məlumatları təqdim edən üçüncü tərəf məlumat şirkətləri və ya Saytlar, yaxud birlikdə təşviqat apardığımız üçüncü tərəflər) də əldə edə bilərik.
- Müsabiqələr və lotereyalar - biz müsabiqələr və lotereyalar təklif edə bilərik və bu zaman müəyyən şəxsi məlumatlar (məs: ad və e-poçt ünvanı) tələb edilir, eləcə də bir sıra digər şəxsi məlumatlarlar barədə suallar verilir.
- İstifadənin İzlənilməsi - Biz bütün saytlarımızda istifadəçinin trafik formalarını izləyirik.
- Kukilər - "Nutricia" şirkəti tərəfindən idarə olunan saytlar digər veb-saytlar kimi kukilər vasitəsilə ziyarətçilər barədə məlumatları toplayır. Kukilər sizin girişinizi izləmək üçün veb brauzerdə toplanan kiçik fayllardır. Biz bu baxımdan bizim Kukilər barədə Bildirişimizi oxumağı tövsiyə edirik.
Sizinlə ünsiyyət - biz həmçinin istifadəçilərlə ünsiyyət zamanı da şəxsi məlumatları toplayırıq, məsələn, e-poçt vasitəsilə və ya "Nutricia" şirkətinin Ekspertlər Qrupuna zəng etdikdə "Nutricia" şirkətinin Ekspertlər Qrupuna zəng etdikdə biz danışığımızın əvvəlində sizin adınızı və yerinizi soruşacağıq. Bizimlə əlaqə saxlamaq üçün e-poçt formamızdan istifadə etdikdə sizdən adınızı, bizi necə tanımağınızı soruşacağıq.
Həssas və uşaqlar barədə məlumatlar
Biz həssas və sağlamlıq haqqında olan məlumatları yalnız sizdən alacaq və ya sizin razılığınızla toplayacağıq və bu cür məlumatları müvafiq məxfilik qanunlarına müvafiq olaraq istifadə edəcəyik. Həssas və ya sağlamlıq haqqında olan məlumatları təqdim etməklə siz onların bizim tərəfimizdən toplanmasına razılıq vermiş olursunuz (məsələn, biz sizdən ödəniş tarixi və / və ya uşağınızın doğum tarixi barədə məlumatın təqdim edilməsini xahiş edə bilərik).
Xahiş olunur nəzərə alın ki, bu Saytlar sizin yaşadığınız ərazidə həddi-büluğa çatmayan şəxslər üçün nəzərdə tutulmayıb.  Şəxsin azyaşlı hesab edilmədiyi yaş ölkədən-ölkəyə fərqlənir. Əgər əmin deyilsinizsə, zəhmət olmasa öncə öz ölkənizdə azyaşlı hesab olunub-olunmadığınızı müəyyən edin. Əgər siz həddi-büluğ yaşına çatmamısınızsa, xahiş olunur, hər hansı şəxsi məlumatları təqdim etməyin.
Valideynlər və ya qəyyumların öz uşaqlarının məlumatlarını bizə təqdim etməsinə baxmayaraq, "Nutricia" şirkəti yaşı 13-dən aşağı olan uşaqların şəxsi məlumatlarını bilərəkdən toplamır. Biz uşaqdan təsadüfən məlumat topladığımızı aşkar etdikdə mümkün olan kimi onun məlumatlarını uçotlardan çıxaracağıq. Valideyn və ya qəyyum hər hansı uçotda öz uşağının məlumatlarına düzəliş etmək, onları yeniləmək və ya çıxarmaq istədikdə bizimlə əlaqə saxlaya bilər.
 
Məlumatların toplanma məqsədi
Bizə təqdim etdiyiniz məlumatları toplanma zamanı sizə təsvir etdiyimiz kimi istifadə edir və açıqlayırıq. Biz həmçinin Saytı və sizinlə ünsiyyəti xüsusi tələblər əsasında hazırlamaq, tələblərinizə və maraqlarınıza uyğun məlumatları sizə təqdim etmək, habelə bizdən göndərilən e-poçt yenilənmələrini (siz yalnız onları qəbul etmək istədiyiniz təqdirdə) xüsusi tələblər əsasında hazırlamaq və suallarınıza və ya sorğularınıza cavab vermək məqsədilə təqdim etdiyiniz bu məlumatlardan istifadə edə bilərik.
Toplanılmış şəxsi məlumatlar "Nutricia" şirkəti tərəfindən (ümumi) marketinq üçün istifadə edilə bilər.  Qeydiyyatdan keçərkən biz sizdən xidmətlərimiz və məhsullarımız barədə yenilənmələri qəbul etmək istəyinizin olub-olmadığının göstərilməsini xahiş edəcəyik. Siz qəbul etmək razılığını verdikdən sonra biz yenilənmələri sizə göndərəcəyik.
Sizin şəxsi məlumatlarınız həmçinin hesabın saxlanması, Saytlarımız və tətbiqlərimiz ilə bağlı (kukilər vasitəsilə) təcrübənizin təkmilləşdirilməsi və fərdiləşdirilməsi, habelə sorğularınıza, şikayətlərinizə verilən cavablar və məhsullarımız haqda ümumi rəylər daxil olmaqla, müştəri xidməti ilə təmin olunmanız üçün istifadə edilə bilər.
Toplanılmış şəxsi məlumatlar həmçinin bəzi digər ümumi məqsədlər (məs: veb-saytın təhlükəsizliyi, daxili tədqiqat, sorğular) və daxili marketinq və demoqrafik tədqiqatlar üçün də istifadə oluna bilər. Dosta göndərilən elektron məktubdan əldə olunan məlumatlar yalnız göndərmə zamanı səhvlər yarandıqda istifadə ediləcək və əlbəttə ki, bu zaman məktubu qəbul edən şəxs onun kim tərəfindən göndərildiyini bilməli və bu məlumatlar hər hansı digər məqsəd üçün istifadə edilməməlidir.
 
Sizinlə ünsiyyətdən və giriş formasında əldə olunan məlumatlar istifadəçilərin kimliyini yoxlamaq, girişin qəbul edilməsi barədə məlumat verən elektron məktubu göndərmək və qaliblərlə əlaqə saxlamaq və / və ya onları mükafatlandırmaq üçün istifadə olunacaq. "Nutricia" şirkəti yalnız siz ilkin açıq razılıq verdikdə və (a) açıq şəkildə müsabiqə sponsorundan əlavə məlumatları əldə etməyi seçdikdə bu məlumatları açıqlaya bilər, belə hallarda sizin şəxsi məlumatlar elan qəzetinə açıqlanır və (b) müsabiqələrin çoxu saytımızda keçirilə ancaq sponsor tərəfindən idarə oluna bilər, belə hallarda sizin razılığınız olduqda təqdim etdiyiniz məlumat üçüncü tərəfə ötürüləcək.
Şəxsi məlumatların açıqlanması
"Nutricia" şirkəti sizin şəxsi məlumatlarınızı üçüncü tərəfə açıqlamayacaq. Biz şəxsi məlumatları üçüncü tərəflərə satmırıq və ya icarəyə vermirik. Sizin şəxsi məlumatlarınız yalnız "Nutricia" şirkətinin daxilində və məlumatların birbaşa olaraq əldə edilməsinə razılıq veridiyiniz üçüncü tərəflə paylaşılacaq. Biz həmçinin şəxsi məlumatlarınızı aşağıdakı tərəflərlə paylaşa bilərik:
- Xidmət provayderləri, agentliklər, podratçılar: biz bu Saytın idarə edilməsi, "LiveChat" qeydlərinin saxlanması, yaxud təşviqatlarımızın idarə edilməsi və ya əlaqələndirilməsi məqsədilə biznes funksiyalarımıza dəstək göstərilməsi üçün xidmət provayderlərini, agentlikləri və ya podratçıları işlərə cəlb edə bilərik, bunun üçün biz bu barədə sizə spesifik məlumat verməli və siz də öz növbənizdə buna icazə verməlisiniz. Sizin şəxsi məlumatlarınız "Nutricia" şirkətinin digər ölkələrdə fəaliyyət göstərən xidmət provayderləri tərəfindən əldə oluna və həmin ölkələrdə saxlanıla bilər. Siz bu saytdan istifadə etməklə və ya e-poçt və ya telefon vasitəsilə bizimlə əlaqə saxlamaqla şəxsi məlumatlarınızın bizim üçün xidmətlər göstərən podratçılara açıqlanmasına razılıq verirsiniz;
- "Nutricia" şirkətinin hüquqi marağı: şirkətimizin maraqlarını qorumaq, qanuni hüquqları həyata keçirmək, insanları və ya əmlakı qorumaq, qüvvədə olan qanunlar çərçivəsində (məs: siyasət və ya məhkəmələr) rəsmi orqanların tələblərinə riayət etmək üçün zəruri olduqda şəxsi məlumatlarınızı açıqlaya bilərik.
İmtina Etmə
Əgər siz Saytda mövcud olan hər hansı məzmun barədə öz narahatlıqlarınızı bildirmək istəyirsinizsə, xahiş olunur e-poçt vasitəsilə bizimlə birbaşa əlaqə saxlayın.
Siz istənilən vaxt yüklədiyiniz məzmunu və şəkilləri ləğv edə bilərsiniz. Bundan sonra yüklədiyiniz məzmun dərhal saytdan çıxarılacaq. Siz "Nutricia" şirkətindən göndərilən elektron məktublarda göstərilən imtina təlimatlarına riayət etməklə həmin məktubların əldə edilməsini dayandıra bilərsiniz. Əgər siz saytdan istifadəni dayandırmaq istəyirsinizsə, birbaşa olaraq bizimlə elektron poçt vasitəsilə əlaqə saxlamaqla hesabınızı bağlaya bilərsiniz.  Bundan sonra sizin profiliniz və yüklədiyiniz hər hansı məzmun saytdan çıxarılacaq. Biz sizin saytı tərk etməyinizi istəmirik!
Məlumatların saxlanması və təhlükəsizliyi
Biz nəzarətimiz altında olan şəxsi məlumatları qorumaq üçün təşkilati, texniki və inzibati tədbirlərdən istifadə edirik. Təəssüflər olsun ki, İnternet üzərindən göndərilən məlumatların və ya məlumat saxlama sisteminin 100% təhlükəsizliyinə zəmanət vermək olmur.
 
Biz qanunvericiliklə tələb olunan və ya digər hallarda hüquqi öhdəliyi yerinə yetirmək məqsədi ilə daha uzun saxlama müddəti göstərilməyənə qədər hazırkı Məxfilik Siyasətində göstərilən məqsədləri həyata keçirmək üçün zəruri olan müddətdə şəxsi məlumatlarınızı qoruyub saxlayırıq. Şəxsi məlumatlarınız artıq tələb edilmədikdə biz təhlükəsiz şəkildə və bütün hüquqi tələblərə müvafiq olaraq bu məlumatları ləğv edəcəyik.
Sizin məlumatlar üçüncü tərəfə açıqlandıqda, bu zaman hər hansı bu cür üçüncü tərəf bütün vaxtlarda "Nutricia" şirkəti kimi eyni təhlükəsizlik səviyyəsini təmin etməli və şəxsi məlumatlarınızı məxfi, təhlükəsiz saxlamalı və yalnız "Nutricia" şirkətinin spesifik göstərişləri əsasında emal etməlidir.
Məlumatların ötürülməsi
Sizin şəxsi məlumatlarınız obyektlərimizin və ya xidmət provayderlərimizin mövcud olduğu hər hansı ölkədə saxlanıla və emal edilə bilər, siz bu saytdan istifadə etməklə və ya bizə razılıq verməklə (qanunvericiliklə tələb edildikdə) məlumatların digər ölkələrə ötürülməsinə icazə verirsiniz və bu ölkələr məlumatların mühafizəsi üzrə fərqli qaydaları təmin edə bilər.
 
Digər veb-saytlara və sosial mediaya verilən linklər
Bizim Saytlarda, tətbiqlərdə və digər kommunikasiya vasitələrində birbaşa olaraq "Nutricia" şirkəti tərəfindən idarə olunmayan digər veb-saytlara (məs: Facebook) linklər verilə bilər. Biz istinadları diqqətlə seçməyimizə baxmayaraq, həmin veb-saytlar vasitəsilə emal olunmuş hər hansı şəxsi məlumatlara görə məsuliyyət daşımırıq. Bu cür veb-saytlardan istifadə onlara dair şərt və müddəalar ilə tənzimlənir və biz həmin veb-saytların və ya tətbiqlərin məlumat emalına və ya məxfilik siyasətlərinə görə məsuliyyət daşımırıq.
 
Məlumatlarınıza daxil olma
Biz şəxsi məlumatlarınızın lazımi qaydada toplanılması, istifadə edilməsi və təhlükəsiz saxlanılmasına dair inamınızı ciddi şəkildə doğrulduruq.
Siz bizimlə əlaqə saxlamaqla "Nutricia" şirkəti tərəfindən saxlanılan şəxsi məlumatlarınıza daxil ola bilərsiniz. Əgər biz sizin şəxsi məlumatlarınıza daxil olmağınızı təmin edə bilmiriksə, bunun səbəbini izah edəcəyik. "Nutricia" şirkəti tərəfindən saxlanılan şəxsi məlumatlarınız düzgün və tam və ya yeni olmadıqda, bizə elektron məktub göndərməklə bu məlumatların dəyişdirilməsini tələb edə bilərsiniz.
 
Məxfilik ilə əlaqədar hər hansı sualınız və ya narahatlıqlarınız olduqda zəhmət olmasa bizimlə əlaqə saxlayın. Biz sizin şikayətinizə daim vaxtında, effektiv, ədalətli və davamlı şəkildə baxacağıq.
Abunə ol!
X