A-balanced-diet-for-a-toddler

Uşaqlar üçün balanslı pəhriz

Uşaqlar üçün yeməklər
Müxtəlif və qidalandırıcı uşaq pəhrizi və yaxşı yemək yemə vərdişləri sağlam böyümə və inkişaf üçün vacibdir. Uşaqlıq illəri sürətli böyümə və inkişaf dövrüdür və sizin böyüyən fəal uşağınızın ehtiyaclarını qarşılamaq üçün xüsusi qidalanmaya ehtiyacları var. 

 
Uşaqlar üçün balanslı pəhriz böyüklər üçün olan eyni yemək qruplarından yaranır, lakin fərqli proporsiyalarda.
  • Enerji təmin etmək üçün çörək (ağ və tam buğdalı taxıldan hazırlanmış olanların qarışığını verin), fəsəli, ləzzətli yağlı çörəklər/bulkalar, səhər yeməyi üçün sıyıqlar, makaron və kartof kimi nişastalı qidalar. Bunları hər yeməkdə bir porsiya olaraq və ya yüngül qəlyanaltı olaraq gündəlik ümumi 4 dəfə uşağınıza verin.
  • Vitamin, minerallar və lif üçün meyvə və tərəvəzlər. Hər birinin müxtəlif qidalandırıcılar təmin etdiyini nəzərə alaraq, növləri nə qədər çox olsa, bir o qədər yaxşıdır. Hər yeməkdə və ya yüngül qəlyanaltıda meyvə və tərəvəz vermək daxil olmaqla onları gündə 2-4 dəfə uşaqlarınıza verin.
  • Kalsium və protein üçün uşaq südü​​, pendir və qatıq və digər kalsiumu bol süd məhsulları kimi süd məhsulları. Uşağınız gündəlik 3 porsiya süd məhsulu qəbul etməlidir (uşağınız 2 yaşından aşağıdırsa tam yağlı məhsulları seçin)
  • Uşağınıza vacib dəmir, protein və omega-3 yağlarını təmin edən ət, balıq və alternativləri, yumurta və paxlalı məhusulları. Onlar gündəlik iki kiçik prosiya şəklinə verilməlidir. Toyuq külçəsi, kolbasa, balıq barmaqları və burqer kimi əvvəlcədən hazırlanmış yeməklərdə protein az və yağ və duz çox olur, buna görə də, onlardan istifadə etməyi məhdudlaşdırın.
  • Yağ, kərə yağı, pirojnalar və biskvitlər kimi yağı və şəkəri çox olan qidalar qənaətlə və ya əlavə qida kimi sitifadə olunmalıdırlar. Onların enerji təmin etməklərinə baxlayaraq, tərkiblərində nisbətən az miqdarda vitamin və minerallar var. Bunu uşağınızın pəhrizinə daxil edərək, əlavə və ya vaxtaşırı əlavə qida olaraq verin və onları digər yemək qruplarını əvəz etmək üçün istifadə etməyin. 
  • Uşağınıza gündəlik 6-8 fincan maye verdiyinizdən əmin olun. Su və (böyümə) süd ən yaxşı içkilərdir, çünki onlar dişlərə zərərli deyillər. Gün ərzində su içməyi təşviq edin.
Bütün bunları uşağınızın hər gün yeməsə, narahat olmayın. Sadəcə olaraq həftəlik orta miqdarda bunları yeməsinə çalışın.
Abunə ol!
X