Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
4-cü ay (2-ci rüb)
17-ci həftədə körpənizin çəkisi təxminən 150 q, boyu isə başından büzdüm sümüyünə qədər 13 sm-dir.2 Bu vaxta qədər körpənizin başı bədəni ilə nisbətdə daha böyük idi, amma indi bədəni çəki almağa başlayır. Təxminən bu vaxtlarda yağı ehtiyatı saxlayan yağ toxuması formalaşmağa başlayır.3
Saçları, qaş və kirpikləri uzanmağa davam edir.4 Tənəffüs sistemi də inkişaf edir və körpəniz sinəsini qaldırıb endirdikcə praktiki olaraq nəfəs almağa başlayacaq. 17-ci həftədə körpənizin ürəyi dəqiqədə təxminən 140-150 dəfə vurur,2 bu, ürəyi dəqiqədə orta hesabla 60-100 dəfə vuran böyük insanin ürək döyüntülərindən kifayət qədər çoxdur.
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Sizin cift körpənizə daha çox oksigen və qidalandırıcı maddələr çatdırmaq və onun qanından artıqları xaric etməklə körpənizlə birlikdə böyüyür.6 Hamiləliyinizin sonunda ciftinizin çəkisi 500 qram olacaq. Doğuşa çox az qalmış o, körpənizə həyatının ilk üç ayında müdafiəsinə kömək edəcək anticisimləri ötürəcək.6
Bu ikisinin böyüməsi ilə indi ən çox nəzərəçapan dəyişiklik belinizin yox olmağa başladığını izləmək olacaq. Bu, uşaqlığınızın yuxarı qalxaraq çanağınızdan çıxması ilə olur və 17 həftəlik hamiləlik qarnınızın özünü biruzə verməsinə səbəb olur. Siz eyni zamanda hormonların və qan həcminin artımı ilə yaranan parlaq dərini – hamiləlik parıltısını da görə bilərsiniz.7
Amma bu dəyişiklik bəzən qadınların özlərini həssas və narahat hiss etmələrinə səbəb ola bilər. Hamilə qadınların 10%-də stres və təşviş müşahidə olunur və davamlı olaraq dəyişən hormonlar hər şeyi əslində olandan daha pis göstərə bilər.7 Əgər siz çətinlik yaşayırsınızsa, həkiminizə, ginekoloqunuza və ya bizim 24/7 dəstək komandalarımızdan birinə müraciət edin.
D vitamini ilə birlikdə körpəniz üçün bol miqdarda əlavə dəmirə ehtiyacınız olacaq. Dəmir çatışmazlığının əlamətləri arasında yorğunluq, təngnəfəslik və üzdə solğunluq var.8 Dəmir əlavəsinin qəbulu ilə bağlı ginekoloqunuzla danışın.
Siz hamilə olarkən vücudunuz özündə daha çox su saxlayır, bu səbəbdən də uzun müddət ayaqüstə qalsanız, cazibə qüvvəsi suyu topuq, əl və ayaqlarınıza çəkəcək. Ayaqlarınızı düz yuxarı qaldırın: hər gün bir saat ürəyinizdən yuxarı qaldırmaqla onlara dəstək olun.8
Qıcolma adətən gecələr tutur, odur ki, onu ötüşdürmək üçün ayağa dursanız, işığı yandırmağı unutmayın. Axı ilişmək və yıxılmaq istəmirsiniz. Qol, topuq və ayaqlar üçün yüngül hərəkətlər qıcolmanın qarşısını almağa kömək edər.8
Orqanizminiz daha çox qan pompaladığı və hormanlar coşduğu üçün siz yüksək istilik hiss edə bilərsiniz. Boş, nəfəs ala bilən paltarlar geyinin və sərin su içməklə susuz qalmayın.8
Hamiləlik hormonları estroqen və proqesteron hamiləlik boyunca9 yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.
Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.10
Hamiləlik dövründə gündəlik olaraq 10 mkq D vitamini qəbul etmək tövsiyə olunur.11 D vitamini qəbul etmək üçün ən effektiv yol birbaşa günəş şüaları, xüsusən UVB (ultrabənövşəyi) şüalar vasitəsilə almaqdır. Günəşli saatların müxtəlif olması effektiv günəş işığı qəbul etməyimizə mane olur. Bu amil təkcə dəri vasitəsilə D vitamini qəbulunun hamiləlik dövründə körpənizin dəstəklənməsi üçün kifayət etmədiyini izah edir.12
D vitamini yumurta, yağlı balıq kimi müəyyən qidaların tərkibində olur. Amma kifayət qədər qəbul etdiyinizdən əmin olmaq üçün ən yaxşı yol 10 mkq D vitamini əlavəsidir. Bəzi doğuş öncəsi multivitaminlərin tərkibində mövcud olur, amma siz ayrıca olaraq D vitamini əlavəsi qəbulunu da seçə bilərsiniz. Siz D vitamini qəbulunu aşağıdakı qidaları pəhrizinizə daxil etməklə də artıra bilərsiniz:
D vitamini sizin hamiləlik pəhrizinin vacib bir hissəsidir. O, körpənizin bədənindəki kalsium və fosfat səviyyəsini tənzimləməklə onun sümüklərinin böyüməsi və inkişafında həyati əhəmiyyətli dəstəkləyici rol oynayır.13 Kifayət qədər D vitamini təminatı həmçinin körpənizin D vitamini çatışmazlığı riskini də azaldır.
Hamiləlik dövründə qəbul etdiyiniz D vitamini körpənizin sümüklərinin inkişafını dəstəkləməklə bərabər onun həyatının ilk ayları üçün yığılacaq ehtiyat miqdarın artırılmasını da təmin edir.14
Bəzi qadınlar baş ağrılarını hamiləliyin erkən vaxtlarında hiss edirlər. Adətən bu ağrılar dördüncü ayda zəifləyir və körpəniz üçün heç bir təhlükəsi yoxdur.
Hamiləlik dövründə və əmizdirərkən parasetamol qəbulu təhlükəsizdir, amma həmişə ən aşağı dozada və mümkün qədər ən qısa müddətlik. Düzgün istifadə olunduqda körpəniz üçün heç bir zərərli təsiri yoxdur.15 Nə qədər və hansı müddətə parasetamol qəbul etməli olduğunuz barədə həkimiz və ya ginekoloqunuzla danışın.
Hamiləlik dövründə və əmizdirərkən uzaq durmalı olduğunuz bəzi ağrıkəsicilər var. Bunlara Ibuprofen və ya Naproxen kimi qeyri-steroid iltihab əleyhinə dərmanlar və tibb işçiləri tərəfindən yönləndirilmədiyiniz halda tərkibində kodein və digər opiatlar olan dərmanlar aiddir.15
Əgər sizdə başağrıları davam edirsə, bu, preeklampsiyanın əlaməti ola bilər.15 Bu, hamiləliyin 20-ci həftəsində və doğuşdan dərhal sonraya qədər təsir göstərə bilər.
Preeklampsiya diaqnozu nə qədər tez qoyulsa, sizin və körpəniz üçün daha yaxşı nəticəsi olar. Əgər sizdə aşağıdakılar ilə müşayiət olunan güclü başağrısı olarsa, həkimizə və ya ginekoloqunuza zəng edin:
Son baxış: 18 dekabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Iltimos, oldin quyidagi muhim bildirishni o‘qib chiqing
“Davomi” tugmasini bosish orqali siz Nutrilon bolalar suti va boshqa mahsulotlar to‘g‘risidagi axborot bilan tanishishingiz mumkin. Agar siz davom etishni istasangiz, Nutricia Club Uzbekistan sizning individual so‘rovingiz bo‘yicha bu ma’lumotni axborot maqsadlarida taqdim etishiga rozilik bildirgan bo‘lasiz. Iltimos, farzandingizni sut bilan boqish va qattiq taomlarga o‘tish borasida asosli tanlovga erishish uchun tibbiyot xodimi bilan maslahatlashing.Ko‘krak bilan emizish chaqaloqlar uchun hammasidan yaxshi va ko‘plab afzalliklar beradi. Ko‘krak bilan emizishga tayyorgarlik ko‘rishda va emizish davrida siz sog‘lom, muvozanatlangan ovqatlar tanovul qilishingiz juda muhim. Hayotning birinchi haftalarida ko‘krak suti va sun’iy oziqlantirishni uyg‘unlashtirish o‘z ko‘krak sutingiz kelishini kamaytirishi mumkin va ko‘krak bilan emizmaslik qarorini bekor qilish qiyin bo‘ladi. Sun’iy oziqlantirish (bolalar ozuqasi)dan foydalanishning ijtimoiy va molyaiviy oqibatlarini inobatga olish zarur. Bolalar ozuqasini noto‘g‘ri iste’mol qilish yoki nomuvofiq oziq-ovqat mahsulotlari yo oziqlantirish uslublaridan foydalanish salomatlik uchun xavf tug‘dirishi mumkin. Agar siz bolalar ozuqasidan foydalansangiz, ishlab chiqaruvchining qo‘llash bo‘yicha yo‘riqnomalariga qat’iy rioya etishingiz kerak – bu yo‘riqnomalarga rioya etmaslik farzandingiz og‘rib qolishiga olib kelishi mumkin.