Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
8-ci ay (3-cü rüb)
Hamiləliyin 36-cı həftəsində körpənizin həzm sistemi ana südünü qəbul etməyə hazırdır. Böyüyən qarnınız bu mərhələdə sidik kisənizə əlavə təzyiq göstərə bilər, amma yenə də kifayət qədər su içmək və susuz qalmamaq vacibdir. Hər gün nə qədər su içməli olduğunuz və maye qəbulunu artırmağa ehtiyac olub-olmadığı barədə öyrənin.
36-cı həftədə körpənizin inkişafı
Başından büzdüm sümüyünə qədər ölçüsü təxminən 33 sm, çəkisi isə təxminən 2720 qram olan körpənizin getdikcə daha da sıxılan hissələri bu mərhələdə hərəkətlərini qismən məhdudlaşdıracaq. Amma o, hərəkət edərkən qarnınızın üst hissəsini sıxması ilə ayağını, dirsəyini və ya bədəninin başqa bir hissəsini tanıya bilərsiniz.1
Hər gün hiss etməli olduğunuz müəyyən sayda hərəkətlər olmasa da, körpənizin öz “üslubundan” agah olmalısınız; güman ki, o siz yedikdən sonra və ya gecələr dincəlmək üçün oturduqda daha aktiv olur. Hər hamiləlik fərqlidir, amma siz körpənizin hərəkətlərində hər hansı bir dəyişiklik hiss etsəniz, bu barədə həkiminizə və ya ginekoloqunuza bildirin.
İndi körpəniz uşaqlıq boşluğundan kənardakı həyata yaxşı hazırlaşmış vəziyyətdədir. Hamiləlik dövründə etdiyi barmaq əmmə, nəfəs alma və udma kimi bacarıqlar qidalanma və həzmə cəlb olunan əzələlər və orqanlara ana südü ilə ilk qidalanma üçün yaxşı təcrübə olmuşdur. 36-cı həftədə körpəniz ağ ciyərlərinin tam formalaşması ilə hava ilə nəfəs almağa, amniotik maye qəbul etməkdən havanı alıb verməyə keçid etməyə də hazırdır.2
Körpəniz yeni vəziyyətdə olduğu üçün sidik kisənizə daha çox təzyiq edir. Buna görə də 36-cı həftədən başlayaraq daha tez-tez sidiyə çıxmaq ehtiyacı hiss edə bilərsiniz. Amma xüsusilə hamiləlik dövründə susuz qalmamaq önəmli olduğu üçün ayaqyoluna getməklərinizin sayını azaltmaq məqsədilə daha az su içmək fikrindən qaçın.
Gecə yuxudan ayılmaqdan qaçmaq üçün siz yatmamışdan əvvəl daha az su içə bilərsiniz, amma bunun əvəzinə gün ərzində daha çox su içməyi unutmayın.
Avropa Qida Təhlükəsizliyi Təşkilatı hamiləlik dövründə gündə 2,3 litr su içməli olduğunuzu bildirir.3 Bu, gündə 250 ml-lik 9-10 stəkan su deməkdir.
Buna su ilə bərabər süd, şorba, meyvə şirəsi və kokteyllər də daxildir. İsti havada və ya fiziki aktivlikdən sonra daha çox su içməyi unutmayın.
Susuzlaşmaqdan qaçmaq, qanın qidalandırıcı maddələri vücudunuz boyu daşıması və artıqlardan effektiv şəkildə qurtulmaq üçün bu maye miqdarını əvəzləmək vacibdir.
Hamiləlik dövründə sidik yolu infeksiyaları geniş yayıldığına görə kifayət qədər maye qəbul eləmək sidik yolunun sağlam qalmasına kömək edir.4
Əgər aşağıdakılardan birini müşahidə edirsinizsə, bu, susuzlaşma əlaməti ola bilər:5
Su balansını bərpa etmək üçün mümkün qədər daha çox miqdarda su için. Meyvə şirəsi kimi şirin içkilər itirilmiş şəkərin, duzlu yerfındığı kimi duzlu çərəzləri isə itilmiş duzun bərpa edilməsinə kömək edir.6
1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 47.
2. NHS UK. You and your baby at 33-36 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-33-34-35-36.aspx [Accessed September 2016]
3. European Food Safety Authority. Scientific Opinion on Dietary Reference Values for water. EFSA Journal 2010; 8(3):1459 p.48.
4. NCT. Infections during pregnancy [Online]. 2014. Available at: www.nct.org.uk/pregnancy/infection-pregnancy [Accessed September 2016]
5. NHS UK. Dehydration – Symptoms [Online]. 2015. Available at: www.nhs.uk/Conditions/Dehydration/Pages/Symptoms.aspx[Accessed September 2016]
6. NHS UK. Dehydration – Treatment [Online]. 2015. Available at: www.nhs.uk/Conditions/Dehydration/Pages/Treatment.aspx[Accessed September 2016]
Son baxış: 9 sentyabr 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.