Körpəni ana südündən ayırmaq

Qatı qidalara başlamaq

Ana südündən ayırma səyahətinizə necə başlamalı

Ana südündən ayırmaq, yaxud körpənizi ilk qatı qidalar ilə tanış etmək həm həyəcanlı, həm də əsəbləşdirici proses ola bilər. Başlanğıcda körpəniz çox udmaya bilər; qaşıqla və ya əl ilə yeməyi öyrənmək, yeni dadları və teksturaları qəbul etmək onun inkişafında əhəmiyyətli mərhələdir. Ana südündən ayırmaya başlamaq üçün bizim qısa təlimatımızı izləyin.

Körpənizi ana südündən nə vaxt ayırmalı

Qatı qidalara başlamaq körpənizin inkişafında vacib bir mərhələdir və öyrənəcəyi çox şey var. Buna görə də körpənizin özünün “yol göstərməsinə” imkan vermək və ana südündən ayırma prosesinə hazır olduğunu bildirən işarələr verməsini gözləmək vacibdir.

Mütəxəssislər ana südündən ayırmaya təxminən altıncı ayda başlamağı tövsiyə edirlər. Buna qədər körpənizin həzm sistemi hələ inkişafda olur, qatı qidaları çox erkən vermək infeksiya və allergiya riskini artıra bilər.1 Körpənizin artan koordinasiya səviyyəsi ilə əlaqədar olaraq praktiki baxımdan da ana südündən ayırma altıncı ayda daha asandır.

Mütəxəssislər ana südündən ayırmaya təxminən altıncı ayda başlamağı tövsiyə edirlər.

Bəzi valideynlər körpələrinin həmişəkindən daha ac olduğunu düşündüklərinə görə və ya gecələr daha tez-tez oyanmaları səbəbindən ana südündən ayırmaya altıncı aydan əvvəl başlamağı nəzərdən keçirirlər. Bununla belə, bu dəyişikliklər böyümə sıcraşıyı ilə də əlaqəli ola bilər. Əgər körpənizdə bu əlamətlər müşahidə olunursa, əlavə ana südü və ya südlü qatışıq kifayət etməlidir və onun iştahı sürətli şəkildə normal halına dönməlidir.2

Qatı qidalar qətiyyən dördüncü aydan əvvəl verilməməlidir. Həkiminizlə məsləhətləşdikdən sonra qatı qidaları altıncı aydan əvvəl vermək qərarına gəlsəniz, müəyyən qidaları körpənizin pəhrizindən kənar etməyiniz lazımdır, çünki onlar qida allergiyasına və ya körpənizin xəstələnməsinə səbəb ola bilər. Onlara tərkibində dənli bitkilər, qlüten (buğda, çovdar, arpa və yulafda olan protein), qabıqlı çərəzlər, yer fındığı, yer fındığı məhsulları, toxumlar, qara ciyər, yumurta, balıq, molyusk, inək südü və pasterizə edilməmiş pendir olan qidalar aiddir. Siz bu qidaları altıncı aydan sonra verə bilərsiniz.

Vaxtından əvvəl doğulmuş körpələri fərdi inkişaflarına görə ana südündən ayırmaq lazımdır, buna görə də dietoloqunuz və ya həkiminizdən məsləhət alın.

Başlanğıc

İlkin mərhələdə ana südündən ayırma prosesi böyük miqdarda kalori və ya qidalandırıcı maddələr qəbul etməkdən daha çox yemək anlayışı ilə tanışlıqdan ibarət olacaq. İlk dəfə olaraq süddən başqa bir qidanı hiss etdiyinə və daddığına görə körpənizin başlanğıcda yeməyi dili ilə itələməsi tamamilə normaldır. Getdikcə körpəniz yeməyi ağzında saxlamağı və udmağı öyrənəcək.

Körpəniz yeməyə alışana qədər həmişəki qidalanma rejiminizi davam etdirin: sizin pəhriziniz süddən ayırma mərhələsi boyunca qidalandırıcı maddələrin vacib mənbəyidir. Bundan başqa, körpənizin bir yaşına qədər inək südünün onun üçün uyğun olmadığını yaddan çıxarmayın.

porridge with jam Körpənizin əsas yeməyinə çoxlu müxtəlif tərəvəzlər daxil edin, ardınca isə süd əsaslı, meyvəli desert verin

Bişmiş, püre halına gətirilmiş meyvə və tərəvəzlər körpənizin ilk təamları üçün idealdır. Banan, manqo, avokado kimi yumaq meyvələr bişirilmədən də əzilir. Başlanğıcda gündə bir və ya iki dəfə olmaqla bir neçə çay qaşığı verməyə çalışın. Gündə 3 dəfə yeyənə qədər bir neçə həftə ərzində yedizdirmə saylarını tədricən artıra bilərsiniz.

Bəzi analar bu mərhələdə ana südü ilə və ya həmişəki südlü qatışıq ilə hazırlanan körpə düyüsü verirlər. Əlavə ləzzət və tekstura qatmaq üçün onu meyvə və tərəvəzlər ilə qarışdıra bilərsiniz.

Körpəniz çox ac olanda ona qidalar verməkdən çəkinmək yaxşı olar…

Körpəniz çox ac olanda ona qidalar verməkdən çəkinmək yaxşı olar, çünki o, doyması üçün kifayət edəcək sürətlə yeyə bilməyəcək və əhvalı pozula bilər.

Eyni zamanda, süd ilə tam doymamasına da diqqət etməlisiniz, çünki bu halda əlavə qidaya yer qalmayacaq və körpəniz xüsusi maraq göstərməyəcək. Qatı qidaları verməmişdən əvvəl körpənizə həmişəkinin yarısı qədər süd verməyiniz ideal sayıla bilər.

Balanslaşdırılmış ana südündən ayırma pəhrizi

Heç bir qida təklikdə körpənizi ehtiyac duyduğu hər şey ilə təmin edə bilməz. Buna görə də körpəniz ana südündən ayırma prosesinə alışana qədər ona geniş çeşiddə qidalar təklif edin.

Bu, körpənizi vitamin və minerallar da daxil olmaqla onun sağlam inkişafına kömək edən qidalandırıcı maddələrin balansı ilə təmin edəcək.

Körpənizin əsas yeməyinə çoxlu müxtəlif tərəvəzlər daxil edin, ardınca isə süd əsaslı, meyvəli desert verin.

Körpənizi balansladırılmış pəhriz ilə təmin etməyin yaxşı yolu onun günə körpələr üçün nəzərdə tutulmuş, duz və ya şəkər əlavə edilməmiş səhər yeməyi yarması ilə başlamasıdır.

Doğru tekstura

Bu mərhələdə körpənizin qatı qidaları necə udmağı öyrənməsinə kömək etmək üçün yumşaq pürelər idealdır. Alma, armud, kök və şirin kartofu hazırlamaq və qarışdırmaq asandır. Körpəniz üçün bərk ola biləcəyi səbəbindən onların qabığını soymağınız lazım gələcək.

Doğru dadlar

Daha mürəkkəb tərkibli qidalara keçməmişdən əvvəl körpənizi balqabaq, kök və digər tərəvəzlər kimi sadə dadlar ilə tanış etməyi sınayın. Onları duz əlavə etmədən həmişəki qayda ilə hazırlayın, çünki duz körpənizin inkişafına zərər vura bilər.

Uzaq durulmalı qidalar

Ana südündən ayırma prosesinin erkən mərhələsində körpənizin inkişaf edən orqanizmi bəzi qidaların öhdəsindən gəlməkdə çətinlik çəkə bilər. Onlara duz, bekon kimi duzlu qidalar, əlavə şəkər, tərkibində botulizm bakteriyası ola biləcəyi səbəbindən körpənizin 1 yaşına qədər uyğun sayılmayan bal, çox narın üyüdülmədiyi halda qabıqlı çərəzlər aiddir. Ana südündən ayırma dövründə uzaq durmalı olduğunuz qidalar barədə daha ətraflı məqaləmizdən öyrənin.

Ətraflı məlumat üçün allergiya barədə tövsiyələrimizi oxuyun.

NÖVBƏTİ ADDIMLAR

Aşağıdakıları ana südündən ayırma mərhələsi üçün alış-veriş siyahınıza daxil edin:

  • Şirin kartof
  • Kök və cır havuc
  • Balqabaq
  • Armud
  • Alma
  • Banan
  • Manqo

  1. Department of Health. Weaning: Starting Solid Foods [Online]. 2007. Available at: www.unicef.org.uk/Documents/Baby_Friendly/Leaflets/weaning_leaflet.pdf [Accessed July 2014]
  2. NHS UK. Your baby’s first solid foods [Online]. 2013. Available at: www.nhs.uk/Conditions/pregnancy-and-baby/Pages/solid-foods-weaning.aspx [Accessed July 2014]

Son baxış: 5 sentyabr 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x