Körpənizdə inək südü allergiyasının olduğunu düşünürsünüzsə, nə etməli

Həkim tövsiyəsi

Diaqnoz qoyması üçün həkiminizə kömək edin

İnək südü allergiyası körpənizin pəhrizində müəyyən düzəlişlər edilməsinə səbəb ola bilər. Əlamətləri necə müəyyən edəcəyinizi, həkiminizin nəyi öyrənmək istəyəcəyini və pəhrizdə hər hansı bir dəyişiklik etməmişdən əvvəl peşəkar məsləhətə niyə ehtiyac olduğunu öyrənin.

Sİ (Süni İntellekt) nəcis yoxlayıcı

İnək südü allergiyası simptomlarını müəyyən etmək

Körpəniz ana südü əmdikdən, şüşə qab ilə qidalandıqdan və ya tərkibində süd məhsulları olan qidalar yedikdən sonra əks reaksiya göstərirsə, onda inək südü allergiyası ola bilər.

İnək südü allergiyası bir yaşından aşağı körpələrin çox az bir qisminə təsir edir. Təəssüf ki, süd allergiyasının simptomları digər xəstəliklərin əlamətlərinə oxşadığı üçün müəyyən edilməsi heç də həmişə asan olmur. Buna görə də körpənizdə inək südü allergiyası olduğunu düşünürsünüzsə, həkiminizlə danışmağınız vacibdir.

Diaqnoz qoyması üçün həkiminizə necə kömək etməli

mother looking at baby Körpənizin simptomları barədə mümkün qədər çox məlumat verməyiniz həkiminizin diaqnoz qoymasına daha çox kömək edəcək

Körpənizin həkimi ailənizdə hər hansı bir allergiya tarixçəsi olub-olmadığı və narahatlığınıza səbəb olan simptomlar barədə məlumat almaq istəyəcək.

Bu simptomlar barədə nə qədər çox dəlil və məlumat verə bilsəniz, bir o qədər yaxşıdır. Məsələn, körpəniz qidalandıqdan sonra onda səpmə olursa, şəklini çəkin və onun hansı müddətə yarandığı və yox olduğunu qeyd edin. Həmçinin qusma, ishal, kolik və nəfəsalmada çətinliklər olursa, bunlar barədə və bunların yemək, içmək və ya digər hansı fəaliyyət ilə əlaqəli baş verdiyini qeyd edin.

Bədənin iki ayrı hissəsində iki simptom olarsa, məsələn, qusma və dərinin qıcıqlanması, bunu vurğulamağı unutmayın.

Peşəkar məsləhəti niyə lazımdır

Digər əlamətlər alt qatlarda yatan simptomları gizlətdiyi üçün inək südü allergiyası diaqnozunun qoyulması çətindir. Körpələrin 15%-də inək südü allergiyası güman edilən simptomlar müşahidə edilə bilər, amma faktiki əhatə isə 2-7,5 təşkil edir.1

Buna görə də həkim tövsiyəsi olmadan özünüzün “resept yazmamağı” və ya körpənizin pəhrizində əsaslı dəyşiklik etməməyiniz vacibdir. Körpənizin simptomları davam edərsə, yenidən həkimə göstərməyiniz tələb oluna bilər.

Südlərin çoxu inək südü allergiyası olan körpələr üçün uyğun deyil.

Xüsusilə soya körpə südü də daxil olmaqla soya tərkibli məhsullar 6 aydan balaca körpələr üçün tövsiyə edilmir. Bunun səbəbi onların tərkibində fitoestroqenlərin (estroqenə bənzər xüsusiyyətli bitki əsaslı birləşmələr) olmasıdır. Araşdırmalar inək südü əsaslı südlü qarışıqlara reaksiya verən körpələrin 30-50%-nin soya əsaslı südlərə də reaksiya verdiyini göstərmişdir.

İnək südü allergiyası olan körpələr üçün uyğun olmayan başqa bir südlü qatışıq növü qismən hidrolizə edilmiş südlü qatışıqdır. Onlar tanınmış brendlərin supermarketlərində mövcud olur və adətən həzmi asanlaşdırdığı iddia edilir.1 Amma onların proteinləri qismən parçalanır və allergik reaksiyaya səbəb ola bilər.

İnək südü allergiyası olan körpələr üçün xüsusi süd

Əgər körpənizdə inək südü allergiyası simptomları varsa, mümkün qədər qısa vaxtda həkiminizlə danışmalısınız.

  1. Hill et al 1986 Manifestations of milk allergy in infancy: clinical and immunological findings. J Paediatr 109: 270-276 and Host et al 2002 Freq of CMA in childhood. Annals Allergy Asthma Immunol 89 (suppl 2)

Son baxış: 28 iyul 2014

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x