Körpənizin yuxu rejimini başa düşmək

Körpə kimi

Yeni doğulmuş körpənizin nə qədər yatmağa ehtiyacı var?

Yuxu uşağınızın inkişafında inanılmaz bir rola malikdir. Ətrafdakı amillərin körpənizin yuxusuna təsiri barədə və bizim körpə yuxusu üzrə ekspertimiz Chireal Shallowun köməkliyi ilə erkən dövrlərdə müsbət yuxu vərdişlərinə necə həvəsləndirməyi öyrənin.

Yeni valideynlər üçün ən böyük tənzimləyicilərdən biri yuxudur. Yuxusuzluq valideynliklə əl-ələ irəliləyir; ana (və ya ata) olaraq nə qədər yatmağınızın körpənizdən asılı olduğunu tezliklə anlayacaqsınız. Yorğanınıza bürünüb yatmaq istəyə bilərsiniz, amma körpənizin gecənin bir yarısında yeməyə, gəyirməyə, bezi dəyişilməyə və ya sadəcə qucaqlaşmağa ehtiyacı ola bilər. Sizə elə gələ bilər ki, körpəniz yatdığından çox oyaq qalır. Amma körpələr çox yatırlar! İlk ilin sonunda körpələr həyatlarının tən yarısını yuxuda keçirmiş olurlar.1 Siz buna şad olacaqsınız, çünki yuxu körpənin beyin inkişafının müxtəlif yönləri ilə bağlıdır, həmçinin davranışlar, psixoloji sağlamlıq və səhhətə də əhəmiyyətli təsir göstərir.1

Yuxu yeni doğulmuş körpə üçün hansı rolu oynayır?

Yuxu əslində aktiv proses olduğu halda, adətən passiv fəaliyyət hesab olunur. Körpəniz oyaq qaldığı məhdud saatlarda nələrsə kəşf etməsinə baxmayaraq, yatarkən də çox şey baş verir. Körpənin yuxusu böyüklərinkindən fərqlidir, yeni doğulmuş körpənin yuxusunun bənzərsiz xüsusiyyətləri onu öyrənməyə təşviq edə bilər.2 Körpənizin beyni infişaf etməklə və formalaşmaqla onu ətrafı öyrənməyə və kəşf etməyə hazırlaşdırır.2 Araşdırmalar yuxuda olarkən körpələrin ətrafda baş verənləri öyrəndiklərini və emal etdiklərini göstərmişdir.2

sleeping baby holding mums hand

Yuxu körpəniz oyaq olduğu qısa vaxt ərzində gördüyü və eşitdiyi şeyləri möhkəmləndirməklə yaddaşın formalaşmasında da rol oynayır.2

“Normal” yuxu nədir?

Körpənizin heç yatmadığını düşünə bilərsiniz, ya da onun uyğun olmayan vaxtda yatdığını zənn edərsiniz. Amma, gəlin, baxaq “normal” yuxu nədir? Körpələrin yuxu rejimi həyatlarının ilk on iki ay ərzində sürətlə inkişaf edir.1 Yeni doğulmuş körpələr gündə 18 saatadək yata bilir2 və gecə yuxusunun müddəti getdikcə artır. Bir neçə həftədən sonra körpənizin oyaq qaldığı saatların müddətinin artdığını, məntiqi nəticə ilə yatdığı saatların da uzandığını,3 həmçinin gecə ayılmalarının azaldığını müşahidə edəcəksiniz.1 Bununla belə bütün körpələr fərqlidir. Bəziləri digərlərindən çox yata bilər. Bəzilərində uzun müddətli, bəzilərində isə qısa müddətli ola bilər.

Yuxunu izolyasiya edilmiş davranış kimi nəzərdən keçirmək asandır – körpəniz ya oyaqdır, ya da yatır. Amma körpənizin gün ərzində bir neçə dəfə yaşadığı fərqli dərketmə vəziyyətləri var. Onlardan ikisi yuxu vəziyyətidir; körpələr bu vəziyyətlərin hər birində vaxtlarının 50%-ni keçirirlər:3,4

  • Aktiv yuxu (REM [sürətli göz hərəkəti] kimi də bilinir): nəfəsalma daha nizamlı olur, körpə bəzi səslərdən diksinə bilər
  • Dərin Yuxu (bəzən cəld yuxu və ya REM olmayan yuxu kimi də adlandırılır): körpə hərəkət etmədən sakitcə uzanır; dartılması və digər hərəkətləri dayanır

Həmçinin oyaq və ya “aktiv vəziyyətlər” var:4

  • Yuxululuq: Körpənin gözləri yumulmağa başlayır və o, yatmağa başlayır
  • Sakit Ayıq: Körpənin gözləri açıqdır, üzü işıqlıdır, bədəni isə sakitdir
  • Aktiv Ayıq: Onun üzü və bədəni aktiv şəkildə hərəkət edir
  • Ağlama: Körpə ağlayır, bəlkə qışqırır; bədəni nizamsız olaraq hərəkət edir

Körpənin vəziyyətləri və işarələrini bilmək çox vacibdir, belə ki, onlar körpənizin yuxu rejiminin incəliklərini öyrənməyə və reaksiya verməyə kömək edir.3

Ətraf amillər körpənizin yuxusuna necə təsir edir?

Körpələr üçün ümumi yuxu rejimi mövcud olsa da, heç də bütün körpələr eyni nümunəni izləmir.

mother and baby sleeping

Araşdırmalar yuxu şəraitinin, ana-körpə əlaqəsinin və qidalanma rejiminin körpənin yuxu rejiminin inkişafına təsir edə biləcəyini göstərir.3 Əlavə olaraq, dayənin temperamenti və stres səviyyəsi də körpənin yuxusuna təsir edən əsas amillərdəndir. Neqativ temperament yuxu problemləri və gecə oyanıqlığı ilə, ananın stresli olması isə gündüz yuxusunun müddəti ilə əlaqəlidir.1

Pozitiv yuxu vərdişləri yaratmaq

Yuxunuz qaçanda və yerini yorğunluq alanda bir də heç vaxt yaxşı gecə yuxusu almayacağınızı hiss edə bilərsiniz. Amma körpənizdə pozitiv yuxu vərdişlərinin yaranmasına kömək etmək üçün tətbiq edə biləcəyiniz bəzi müdaxilələr var; məsələn, özü özünü yatızdırmağı təşviq etmək kimi. Yuxu gələrkən özü yatmaq bacarığı (gecə başlayanda yatmaq və gecə boyunca oyanarsa, yenidən yuxuya getmək) sağlam yuxu-oyaqlıq rejiminin inkişafının əsas tərkib hissəsidir.5

Adətən özü yatan körpələr oyaqlıqdan yuxuya keçmək üçün köməyə ehtiyacı olan körpələrə nisbətən daha yaxşı yatan hesab olunurlar.5 Özü yatmaq bacarığı xüsusən gündüz yuxu vərdişləri də daxil olmaqla yuxu rejiminin yaradılması ilə dəstəklənə bilər. Gündüz yuxusunun gecə yuxusunu, yuxu rejiminin formalaşmasını, qidalanmağı və çimməyi yaxşılaşdırdığı düşünülür.3

baby and smiling mum

Çarpayıda, beşikdə və ya çarpayınızda sizinlə birlikdə yatmasından asılı olmayaraq, körpənizin yatdığı yerdə sabitlik hissinin təmin olunması daha yaxşı yuxu rejiminə təşviq edəcək.3

Bələməyi də nəzərdən qaçırmayın. Bütün körpələr bələnməyi xoşlamasalar da, onun faydalı tərəfləri var. Araşdırmalar bələyin körpələri sakitləşdirdiyini və yatızdırdığını, onlara yuxuya getməkdə kömək etdiyini, onların arxası üstdə qalmalarına təmin edərək üzü üstə dönmələrinin və başlarını yataq örtükləri ilə örtmələrinin qarşısını aldığını müəyyən etmişdir.6,7

Nəticə

Əvvəllər “körpə kimi yatmaq” ifadəsini eşitmişdinizsə, yeni doğulmuş körpənin ilk bir neçə ayda nə qədər narahat yatdığını düşündükdə, sizdə bu ifadənin həqiqət olmasına şübhə yarana bilər. Yeni doğulmuş körpələr yuxu-oyaqlıq tsikli, qidalanma, bezinin dəyişilməsi və qucaqlaşma ehtiyacından asılı olaraq günün istənilən saatında yata bilərlər. Amma yuxu sadə passiv fəaliyyət deyil. Körpənizin növbəti qidalanmanı xəyal etdiyini düşünə bilərsiniz, amma o yatarkən əslində başında çox şeylər fırlanır.

Müəllif: Chireal Shallow

Chireal Shallow psixoloq və psixoterapevtdir. O, 2004-cü ildə Körpə Yuxu Klinikasını təsis etmişdir. Mühakiməsi, peşəkarlığı və əlçatanlığı ona yüksək nüfuz və yüksək profilli əməkdaşlıqlar qazandırmışdır. O, həm dövlət, həm də özəl sektorda zəngin təcrübəyə malikdir. Özünün dörd uşağını təkbaşına böyüdən Chireal ailələrin ehtiyaclarına həssaslıqla yanaşır, müştərilərini mühakimə etmədən onlarla şəfqətli davranır.

  1. Sporando BM & Reeb-Sutherland BC. Associations between infant temperament, maternal stress, and infants’ sleep across the first year of life. Infant Behav Dev 2015;39:131–135.
  2. Tarullo AR, Balsam PD, Fifer WP. Sleep and infant learning. Infant and Child Development 2011. Vol 20(1); 35–46. Available at http://onlinelibrary.wiley.com/doi/10.1002/icd.685/abstract Last accessed March 2016
  3. Rosen L. Infant sleep and eating. JOGNN 2008;37:706–714.
  4. States of Consciousness in Newborns. HealthChildren.Org. Available at: https://www.healthychildren.org/English/ages-stages/baby/Pages/States-of-Consciousness-in-Newborns.aspx Last accessed March 2016
  5. Burnham MM, Goodlin-Jones B, Gaylor E et al. Night time sleep-wake patterns and self-soothing from birth to one year of age: a longitudinal intervention study. J Child Psychol Psychiatry. 2002 Sep; 43(6): 713–725. Available at http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1201415/. Last accessed March 2016
  6. Infant sleep information source (ISIS). Available at https://www.isisonline.org.uk/sleep_health/sleep_aids/swaddling/; Last accessed March 2016.
  7. van Sleuwen BE, Engelberts AC, Boere-Boonekamp M et al. Swaddling: A Systematic Review. Pediatrics. 2007, 120 (4). Available at: http://pediatrics.aappublications.org/content/120/4/e1097 Last accessed March 2016.

Son baxış: 30 iyun 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x