Onlayn oyunlar üçün qaydalar və şərtlər

Oyunun başlama tarixi: [22 Mart, 2022.] 

Oyunun başa çatma tarixi: [25 Mart, 2022.] 

  1. İştirakçılar 

Bu oyun yalnız [Bakı, Azərbaycan] ərazisində yaşayan 18 yaşı tamam olmuş və ya 18 yaşından böyük və ya yerli qanunlara əsasən qanuni iştirak hüququ olan şəxslər üçün açıqdır.  

2. Necə iştirak etmək olar və qalib seçimi haqqında 

Siz bu oyunda ödənişsiz iştirak edə bilərsiniz. Qalib [kompüter vasitəsilə təsadüfi olaraq – RANDOM qalib generatoru] seçiləcək və 1 aprel qalib elan olunduğu gün hekayələrdə paylaşılacaq. 

3. Qalib və Mükafat  

[3] qalib seçiləcək və hər bir qalib hədiyyə qazanacaq. Hədiyyə: Uşaqlar üçün yemək dəsti

4. Oyun qaydaları 

Nutricia Club Azərbaycan qalibin adını oyunun keçirildiyi platformada elan edəcək. Nutricia mükafatın qalibə necə təqdim ediləcəyi ilə bağlı qaliblə razılaşacaq.  

Qalib şəxs öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və telefon nömrəsini Nutricia komandasına qalib seçildikdən sonra təqdim etməlidir.
Qalib şəxsin eyniliyinin yoxlanılması məqsədilə hədiyyəni götürərkən qalib şəxs şəxsiyyət vəsiqəsini və mobil nömrəsini özü ilə gətirməlidir. Əgər qalib şəxs özü hədiyyəni götürməyə gələ bilməzsə, onu əvəzləyəcək şəxs mütləq şəkildə qalib şəxsin şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmalıdır. Hədiyyəni 4 aprel tarixindən mayın sonuna qədər Globus Biznes mərkəzində yerləşən ofisə yaxınlaşaraq (Cəfər Cabbarlı küç. 609, AZ1065 Bakı, Azərbaycan) əldə etmək mümkün olacaq. Nəzərə alın ki, 31 may 2022-ci il hədiyyəni götürmək üçün son tarix olacaq və bu tarixdən sonra hədiyyə daha əlçatan olmayacaq.

5. Qayda və Şərtlər 

İştirak etməklə siz aşağıdakı Qayda və Şərtləri oxumusunuz və onlara riayət etməyi qəbul edirsiniz:  

QAYDALAR VƏ ŞƏRTLƏR  

  1. Giriş 
  1. Bu qayda və şərtləri postda yer alan xüsusi müsabiqə şərtləri ilə (“Qaydalar və Şərtlər” ilə birlikdə) birlikdə diqqətlə oxuyun, çünki bu, siz (“Siz” və ya “İştirakçı”) və Nutricia Export BV (“Nutricia”) arasında qanuni qüvvəyə malik müqavilədir.   Bu Qaydalarda və Şərtlərdə “biz”, “bizi” və “bizim” ifadələri Nutricia-ya, “siz” və “sizin” isə İştirakçıya istinad edəcək. Bu müsabiqədə iştirak etməklə siz bu Qaydalarla və Şərtlərlə razılaşırsınız. Bu Qaydalarla və Şərtlərlə razı deyilsinizsə, müsabiqəyə daxil olmamalı və iştirak etməməlisiniz. 
  1. Uyğun İştirakçılar 
  1. Bu müsabiqə Nutricia tərəfindən təşkil edilir və qanuni yaşda olan bütün iştirakçılar üçün bu müsabiqəyə ölkənizdə icazə verildiyi dərəcədə açıqdır.  
  1. Siz bu müsabiqədə iştirak etmək üçün ölkənizdə qanuni yaşda olduğunuzu, yəni 18 yaşda və ya 18 yaşdan böyük olduğunuz halda bu müsabiqədə iştirak etməyinizə icazə verildiyini bəyan edir və zəmanət verirsiniz. Qanuni yaşdan kiçik (yerli ölkə qanunlarına əsasən 18 yaş və ya 18 yaşdan böyük) və ya qanuni olaraq müsabiqədə iştirak etmək hüququ olmayan hər hansı şəxs avtomatik olaraq diskvalifikasiya ediləcək.  
  1. Nutricia-nın müvəqqəti və daimi işçilərinin bu müsabiqədə iştirakına icazə verilmir. 
     
  1. Sosial Media Kanalı 
     
  1. Müsabiqə ilə bağlı məlumat və təfərrüatlar (məsələn, iştirak qaydaları, ətraflı istiqamət və s.) sözügedən müsabiqənin təşkil olunduğu sosial media kanalı, məsələn, Facebook, Instagram və ya digər oxşar kanallar (“Sosial Media Kanalı”) vasitəsilə ötürülür.   
  1. Bu müsabiqə və onun təşviqi heç bir şəkildə müvafiq Sosial Media Kanalı tərəfindən maliyyələşdirilmir, təsdiqlənmir və idarə olunmur, müsabiqənin Sosial Media Kanalı ilə heç bir əlaqəsi olmayacaqdır. Siz Sosial Media Kanalının bütün qayda və şərtlərinə (o cümlədən, heç bir məhdudiyyət olmadan, hər hansı müvafiq istifadə şərtləri, siyasət və təlimatlar daxil olmaqla) riayət etməyi qəbul edirsiniz.  
     
  1. Qalib 
     
  1. Nutricia qalibi(ləri) Sosial Media Kanalında elan edə bilər. Nutricia yalnız qalib(lər)i elan edəcək və/yaxud onlarla əlaqə saxlayacaq, müsabiqənin nəticələri barədə hər bir İştirakçıya məlumat vermək öhdəliyi yoxdur.  
     
  1. Mükafat 
     
  1. Müsabiqəyə mükafat daxildirsə, mükafatla bağlı məlumat xüsusi müsabiqə şərtlərində qeyd olunacaq. Mükafatlar ölkənizdəki mövcudluqdan asılıdır. Nutricia öz mülahizəsinə əsasən, İştirakçıya əvvəlcədən xəbərdarlıq etmədən mükafatları dəyişdirə və ya müsabiqəni ləğv edə bilər. 
  1. Əgər mükafat qazansanız, onda sözügedən mükafat bütün hallarda, istər bütövlükdə, istərsə də qismən dəyişdirilə bilməz, köçürülə bilməz ,nəğd pulla və ya başqa şəkildə əvəz edilə bilməz. Tətbiq olunan qanunun icazə verdiyi maksimum həddə Nutricia bu müsabiqə və hər hansı mükafatlarla bağlı açıq nəzərdə tutulan hər hansı bəyan və ya zəmanətdən açıq şəkildə imtina edir. 
     
  1. Məxfilik 
     
  1. Nutricia məxfiliyinizə ciddi yanaşır və şəxsi məlumatlarınıza hörmət edir. Bu müsabiqədə iştirak etməklə siz başa düşür və qəbul edirsiniz ki, Nutricia sizin şəxsi məlumatlarınızı müsabiqə məqsədləri üçün emal edəcək. Nutricia bu müsabiqə ilə əlaqədar olaraq sizinlə Sosial Media Kanalında mesaj vasitəsilə və ya Nutricia-da verildiyi təqdirdə e-poçtunuz vasitəsilə əlaqə saxlaya bilər.  
  1. Nutricia məlumatlarınızı Nutricia-nın Məxfilik Siyasətinə uyğun olaraq istifadə edir (burada mövcuddur: Məxfilik Siyasəti). Müsabiqənin qiymətləndirilməsi üçün şəxsi məlumatlarınız da daxili olaraq istifadə edilə bilər. Müsabiqədə iştirak etməklə və məlumat təqdim etməklə, Nutricia-nın şəxsi məlumatlarınızı Nutricia-nın Məxfilik Siyasətində göstərildiyi kimi istifadə etməsi və emal etməsi ilə açıq şəkildə razılaşırsınız. 
  1. Məzmun  
     
  1. Müsabiqə sizdən hər hansı məzmun yükləməyinizi tələb edirsə, özünüzə, övladlarınıza və ya digər insanlara aid şəkillər hər hansı digər şəxsi məlumat kimi şəxsi məlumatlarınızı yükləmədiyinizdən əmin olun. Hər hansı üçüncü tərəfin şəxsi məlumatlarını ehtiva edən məzmunu yükləməklə, bu Qaydalara və Şərtlərə uyğun olaraq məzmunun istifadəsi ilə bağlı bütün zəruri razılıqları, lisenziyaları və icazələri aldığınızı bildirir və bəyan edirsiniz. 
  1. Sosial Media Kanallarına məzmun yüklədiyiniz zaman müvafiq Sosial Media Kanalı provayderinin siyasət və şərtlərinin tətbiq olunduğunu başa düşürsünüz. Bundan əlavə, siz Nutricia-nın Sosial Media Kanalı platformasına yüklədiyiniz məzmuna görə heç bir şəkildə məsuliyyət daşımadığını qəbul edirsiniz. 
  1. Bu ictimai müsabiqədir. Yükləyə və ya yerləşdirə biləcəyiniz hər hansı məzmunla bağlı heç bir məxfilik gözləntiniz olmamalıdır. Heç bir məxfi və ya şəxsi məlumat yükləməyin.  
  1. Bu müsabiqə ilə bağlı yerləşdirdiyiniz hər hansı material və ya məlumat üçün məsuliyyət daşıdığınızı qəbul edirsiniz. Bu o deməkdir ki, təqdim olunan materiallar və ya məlumatlara, o cümlədən onların qanuniliyi, etibarlılığı, məqsədəuyğunluğu və hər hansı şəxsin və ya tərəfin əqli mülkiyyətini və ya digər hüquqlarını pozmamasını təmin etmək daxil olmaqla, siz (biz yox) tam məsuliyyət daşıyırsınız. 
  1. Hər hansı Qadağan edilmiş Məzmunu yükləməməyi və ya başqa şəkildə əlçatan etməməyi qəbul edirsiniz. “Qadağan edilmiş Məzmun” qanun və ya qaydaları, ictimai maraqları, ictimai əxlaqı, ictimai asayişi, ictimai təhlükəsizliyi, milli harmoniyanı və ya insan qrupları arasında harmoniyanı pozan, qeyri-qanuni, nalayiq, aldadıcı, yalan və ya kobud, fiziki və ya hüquqi şəxs olan üçüncü şəxsin əqli mülkiyyətini digər hüquqlarını pozan məzmunu əhatə edir.  
  1. Nutricia sizə əvvəlcədən xəbərdarlıq etmədən və ya belə silinmə üçün hər hansı səbəb göstərmədən hər hansı Qadağan olunmuş Məzmunu silmək hüququnu özündə saxlayır. 
  1. Bu müsabiqədən istifadə etməklə yüklənmiş və ya başqa yolla əldə edilmiş hər hansı material öz seçiminizdir və riski də sizə aiddir. Hər hansı bu cür materialın yüklənməsi nəticəsində kompüter sisteminizə dəyən hər hansı zədə və ya məlumat itkisinə görə yalnız siz məsuliyyət daşıyacaqsınız. 
  1. Təzminat 
     
  1. Siz Qaydalara və Şərtlərə uyğun olaraq bu müsabiqədə iştirak etməyi başa düşür və qəbul edirsiniz. Siz Nutricia-nın filiallarını və onların istənilən məmurunu, direktorlarını, işçilərini, səhmdarlarını, qanuni nümayəndələrini, agentlərini, varislərini və təyin etdiyi şəxsləri (i) müsabiqədə iştirak edərkən təqdim etdiyiniz hər hansı mesajın, məlumatın, materialın hər hansı digər məzmunun yerləşdirilməsi, məzmunu  ötürülməsi; və ya (ii) bu Qaydaların və Şərtlərin sizin və ya sizin adınıza fəaliyyət göstərən hər hansı şəxs tərəfindən pozulması nəticəsində yaranan hər hansı zərər, öhdəlik, xərc və rüsum, məsrəf və məhkəmə xərclərindən  (müvafiq vəkillər və peşəkarlar daxil olmaqla) təzmin edir və zərər görməməsini təmin edirsiniz:   
  1. Sizin yerləşdirdiyiniz hər hansı mesaj, material və ya məzmundan irəli gələn hər hansı şikayət hüquqi fəaliyyət halında, Nutricia şəxsiyyətinizi və Nutricia-nın sizin haqqınızda malik ola biləcəyi hər hansı digər məlumatı açıqlamaq hüququnu özündə saxlayır. 
  1. Bir və ya bir neçə istifadəçi ilə mübahisəniz varsa, siz Nutricia-nı, onun filiallarını və onların hər bir məmurunu, direktorlarını, işçilərini, səhmdarlarını, qanuni nümayəndələrini, agentlərini, varislərini və təyin etdiyi şəxsləri bu cür mübahisələrdən qaynaqlanan hər hansı şəkildə onunla əlaqədar olan, məlum və naməlum olan hər cür iddia, tələb və zərərlərdən (faktiki və nəticədə) azad edirsiniz. 
     
  1. ZƏMANƏTLƏRDƏN İMTİNA  
     
  1. NUTRICIA VƏ/VƏ YA ONUNLA ƏLAQƏLİ ŞİRKƏTLƏR BU MÜSABİQƏ VƏ ONUN MƏZMUNU İLƏ ƏLAQƏLİ HƏR HANSI AÇIQ ŞƏKİLDƏ İFADƏ EDİLMİŞ VƏ YA NƏZƏRDƏ TUTULMUŞ BAŞQA ŞƏKİLDƏ HƏR HANSI TƏMİNAT VƏ YA ZƏMANƏT VERMİR.  BU,AŞAĞIDA QEYD EDİLƏN, LAKIN BUNLARLA MƏHDUDLAŞMAYAN TƏMİNATLARI ƏHATƏ EDİR: (I) SATIŞA YARARLILIQ, UYĞUNLUQ, DƏQİQLİK VƏ YA ETİBARLILIQ, TƏHLÜKƏSİZLİK (II) MÜƏYYƏN MƏQSƏD ÜÇÜN UYĞUNLUQ, (III) POZULMAMA, (IV) MÜSABİQƏNİN FƏALİYYƏTİ, (V) MƏZMUN (VI) TƏLƏBLƏRİNİZƏ VƏ YA GÖZLƏNTİLƏRİNİZƏ CAVAB VERƏN MÜSABİQƏ, (VII) MÜSABİQƏNİN FASİLƏSİZ, VAXTINDA, TƏHLÜKƏSİZ VƏ YA SƏHVSİZ OLMASI, (VIII) MÜSABİQƏNİN İSTİFADƏSİNDƏN ƏLDƏ EDİLƏ BİLƏN NƏTİCƏLƏRİN (SOSİAL MEDİA KANALINDA VƏ BU MÜSABİQƏDƏ YER ALAN HƏR HANSI MƏLUMAT VƏ MATERİALLAR DAXİL OLMAQLA) DÜZGÜN, TAM, DƏQİQ, ETİBARLI VƏ YA TƏLƏBLƏRİNİZƏ UYĞUN OLMASI.  
  1. YUXARIDA QEYD OLUNANLARLA MƏHDULAŞMADAN, BU MÜSABİQƏ VƏ MƏZMUN (MƏHDUDİYYƏT OLMADAN, MƏTN, ŞƏKİL, QRAFİK, LİNK VƏ DİGƏR MATERİALLAR) ”OLDUĞU KİMİ” VƏ YA ”MÖVCUD OLDUĞU KİMİ” SİZƏ TƏQDİM EDİLİR.   
  1. ÖHDƏLİYİN MƏHDUDLAŞDIRILMASI 
     
  1.  QÜVVƏDƏ OLAN QANUNLARIN İCAZƏ VERDİYİ MAKSİMUM DƏRƏCƏDƏ, NUTRİCİA, ONUN FİLİALLARI, TƏRƏFDAŞLARI, LİSENZİYA VERƏNLƏRİ VƏ TƏCHİZATÇILARI AŞAĞIDAKILARLA ƏLAQƏDAR VƏ YA BUNDAN QAYNAQLANAN HƏR HANSI MÜQAVİLƏ,ETİNASIZLIQ VƏ YA DİGƏR ZƏRƏRLİ FƏALİYYƏTƏ GÖRƏ BİRBAŞA, DOLAYI, XÜSUSİ, CƏZA OLARAQ, TƏSADÜFİ VƏ YA NƏTİCƏ ETİBARİLƏ SİZİN ÜZLƏŞDİYİNİZ HƏR HANSI İTKİ, XƏRC, ZƏRƏR VƏ YA MƏSRƏFLƏRƏ GÖRƏ BÜTÜN MƏSULİYYƏTİ İSTİSNA EDİR: (A) MÜSABİQƏDƏ, ONUN MƏZMUNUNDA VƏ MATERİALLARINDA HƏR HANSI SƏHVLƏR VƏ YA ÇATIŞMAZLIQLAR; (B) TƏLƏBLƏRİNİZƏ VƏ YA GÖZLƏNTIİLƏRİNİZƏ CAVAB VERƏN MÜSABİQƏ; (C) HƏR HANSI SƏBƏBDƏN MÜSABİQƏNİN VƏ YA MÜKAFATIN LƏĞVİ, TƏXİRƏ SALINMASI VƏ YA DƏYİŞDİRİLMƏSİ; (D) İŞTİRAKÇI TƏRƏFİNDƏN MÜKAFATIN QƏBUL EDİLMƏSİ VƏ/VƏ YA (YANLIŞ) İSTİFADƏSİ; (E) NUTRİCİA-NIN NƏZARƏTİ ALTINDA OLUB-OLMAMASINDAN ASILI OLMAYARAQ, MÜSABİQƏ İLƏ ƏLAQƏDAR HƏR HANSI TEXNİKİ NASAZLIQ; (F) MÜSABİQƏNİN FASİLƏSİZ, VAXTINDA, TƏHLÜKƏSİZ VƏ YA SƏHVSİZ OLMASI; (G) MÜSABİQƏNİN İSTİFADƏSİ NƏTİCƏSİNDƏ ƏLDƏ EDİLƏ BİLƏN NƏTİCƏLƏRİN (SOSİAL MEDİA KANALINDAKI HƏR HANSI MƏLUMAT VƏ MATERİALLAR DA DAXİL OLMAQLA) DÜZGÜN, TAM, DƏQİQ, ETİBARLI VƏ YA TƏLƏBLƏRİNİZƏ UYĞUN OLMASI; (H) NUTRİCİA-NIN MÜVAFİQ NƏZARƏTİ XARİCİNDƏ HƏR HANSI SƏBƏBƏ GÖRƏ İTİRİLMİŞ, DƏYİŞDİRİLMİŞ, ZƏDƏLƏNMİŞ VƏ YA YANLIŞ YÖNLƏNDİRİLMİŞ HƏR HANSI İŞTİRAK VƏ YA MÜKAFAT İDDİASI; (I) MÜSABİQƏNİN DİGƏR İŞTİRAKÇILARININ VƏ YA NUTRİCİA-NIN BU MÜSABİQƏ ÜÇÜN ƏMƏKDAŞLIQ ETDİYİ HƏR HANSI TƏRƏFİN DAVRANIŞI; VƏ (J) MÜSABİQƏYƏ VƏ ONUN MƏZMUNUNA GİRİŞİNİZ, İŞTİRAKINIZ VƏ YA İŞTİRAK EDƏ BİLMƏMƏYİNİZ, ONDAN İSTİFADƏNİZ.   SİZ NUTRICIA-NIN YUXARIDA QEYD OLUNAN İDDİA VƏ ÖHDƏLİKLƏRDƏN İMTİNA ETMƏSİ VƏ AZAD OLMASINI QƏBUL EDİRSİNİZ. 
  1.  NUTRİCİA VİRUS, PAYLANMIŞ XİDMƏTDƏN İMTİNA HÜCUMU, MÜSABİQƏMİZDƏN İSTİFADƏ ETMƏYİNİZ ZAMAN ORADAKI HƏR HANSI MƏZMUNU VƏ YA ONUNLA ƏLAQƏLİ HƏR HANSI VEBSAYTI YÜKLƏMƏYİNİZ NƏTİCƏSİNDƏ KOMPÜTER AVADANLIĞINIZA, MOBİL VƏ YA DİGƏR CİHAZLARINIZA, KOMPÜTER PROQRAMLARINIZA,MƏLUMAT VƏ YA DİGƏR MÜLKİYYƏT MATERİALINIZA TƏSİR EDƏN DİGƏR TEXNOLOJİ OLARAQ ZƏRƏRLİ MATERİALLARIN SƏBƏB OLDUĞU HƏR HANSI İTKİYƏ VƏ YA ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. 
  1. TƏTBİQ OLUNAN QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ NUTRİCİA-NIN VƏ YA ONUN KÖMƏKÇİ MÜƏSSİSƏLƏRİNİN, FİLİALLARININ, PARTNERLƏRİNİN, LİSENZORLARININ, TƏCHİZATÇILARININ VƏ YA PAYLAYICI ŞİRKƏTLƏRİNİN BU MÜSABİQƏ MƏZMUNU VƏ YA İSTİFADƏÇİ MƏZMUNU İLƏ ƏLAQƏDAR HƏR HANSI İDDİA ÜÇÜN ÜMUMİ MƏSULİYYƏTİ 5 (BEŞ) AVRO İLƏ MƏHDUDLAŞIR. 
  1.  SİZ YUXARIDA BÖLMƏ 9-DA QEYD OLUNAN XARİCETMƏ VƏ YA ÖHDƏLİK MƏHDUDİYYƏTLƏRİ VƏ YA ZƏMANƏTLƏRDƏN İMTİNAYA İCAZƏNİN VERİLMƏDİYİ ÖLKƏ VƏ YA DÖVLƏTDƏ YAŞAYIRSINIZSA, BU XARİCETMƏ VƏ YA MƏHDUDİYYƏTLƏR SİZƏ TƏTBİQ OLUNMAYACAQ. BELƏ HALDA, YUXARIDA QEYD OLUNAN XARİCETMƏ VƏ YA MƏHDUDİYYƏTLƏR TƏTBİQ OLUNAN QANUNUN İCAZƏ VERDİYİ MAKSİMUM ÖLÇÜDƏ MƏHDUDLAŞDIRILACAQ. 
  1.  NUTRİCİA SİZƏ ÖNCƏDƏN BİLDİRİŞ TƏQDİM ETMƏDƏN VƏ YA HƏR HANSI İŞTİRAKÇI QARŞISINDA MƏSULİYYƏT DAŞIMADAN QİSMƏN VƏ YA ÜMUMİLİKDƏ MÜSABİQƏYƏ XİTAM VERMƏK, TƏXİRƏ SALMAQ VƏ YA LƏĞV ETMƏK, HƏR HANSI ŞƏKİLDƏ MÜSABİQƏYƏ DƏYİŞİKLİK ETMƏK HÜQUQUNU ÖZÜNDƏ SAXLAYIR. ƏLAVƏ OLARAQ, NUTRİCİA SİZƏ ÖNCƏDƏN BİLDİRİŞ TƏQDİM ETMƏDƏN İSTƏNİLƏN VAXT MÜSABİQƏ MATERİALINI DƏYİŞMƏK VƏ YA SİLMƏK HÜQUQUNA MALİKDİR. BU MÜSABİQƏDƏ DƏRC EDİLMİŞ MƏLUMAT TEXNİKİ QEYRİ-DƏQİQLİKLƏRİ VƏ YA ÇAP XƏTALARINI ƏHATƏ EDİR.  
  1.  NUTRİCİA MÜKAFATIN QAZANILMASI NƏTİCƏSİNDƏ ORTAYA ÇIXAN HƏR HANSI VERGİ TƏTBİQİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. 
  1. Əqli Mülkiyyət Hüquqları 
     
  1. Müəllif hüquqları və bütün əqli mülkiyyət hüquqları və bu müsabiqənin bütün məzmunu, materialları, məlumatları (mətn, dizayn, qrafika və s. daxil olmaqla) Nutricia və/və ya onun lisenziya verənlərinə məxsusdur. Nutricia-nın əvvəlcədən yazılı icazəsi olmadan bu müsabiqənin hər hansı hissəsinin və ya onun məzmununun hər hansı digər məqsədlər üçün surəti, yenidən paylanması, yenidən yerləşdirilməsi, nəşri, uyğunlaşdırılması və ya dəyişdirilməsi qadağandır. Siz hər hansı materialı bu müsabiqəyə ötürdükdə və ya yerləşdirdikdə, Nutricia və onun lisenziya sahiblərinə Nutricia-nın sizə qarşı heç bir öhdəliyi olmadan uyğun hesab etdiyi kimi Sosial Media Kanalı və ya hər hansı digər platforma vasitəsilə həmin materialdan istifadə etmək, çoxaltmaq, dəyişdirmək, uyğunlaşdırmaq, dərc etmək, tərcümə etmək, törəmə əsərlər yaratmaq və ya nümayiş etdirmək, yaymaq üçün qeyri-eksklüziv, dünya miqyasında, daimi, tam sublisenziyalı, royaltisiz lisenziya verirsiniz.  
  1.  Müsabiqədə nümayiş etdirilən ticarət nişanları, loqolar, simvollar, xidmət nişanları və digər əqli mülkiyyət hüquqları, məsələn, müəllif hüquqları, dizayn hüquqları (birlikdə “ƏMH”) qeydiyyatdan keçmiş və ya qeydiyyatdan keçməmiş olmasından və ya başqa şəkildə olmasından asılı olmayaraq, yalnız Nutricia və/və ya onun lisenziya verənlərinə məxsusdur. Bu məzmunda yer alan heç bir şey Nutricia-nın açıq yazılı icazəsi olmadan ƏMH-də hər hansı lisenziya və ya hüququn dolayısı ilə, dayandırılması və ya başqa şəkildə verilməsi kimi təfsir edilməməlidir. Bu Qayda və Şərtlərdə nəzərdə tutulan hallar istisna olmaqla, ƏMH-dən və müsabiqənin məzmunundan istifadəniz qəti qadağandır. Sizə bildirilir ki, Nutricia öz ƏMH-ni və onun məzmununu qanunla icazə verilən maksimum dərəcədə tətbiq edəcək və bu, cinayət sanksiyalarını nəzərdə tuta bilər. 
     
  1. Şikayətlər Proseduru 
     
  1.  Bu məzmun ilə bağlı hər hansı narahatlıq və ya şikayətiniz varsa, [info@nutriciaclub.az] vasitəsilə Nutricia-ya yazılı şikayət göndərə bilərsiniz. Təqdim etdiyiniz şikayətə iki həftə ərzində cavab verməyi planlaşdırırıq. 
  1. İdarəetmə Hüququ 
     
  1.  Bu Qaydalar və Şərtlər sizin yaşadığınız ölkənin qanunlarına uyğun olaraq tənzimlənir və şərh edilir. Və hər hansı mübahisə sizin yaşadığınız ölkədə səlahiyyətli məhkəmələrin müstəsna yurisdiksiyasına təqdim edilməlidir.  
  1. Digər hallar 
     
  1.  Nutricia istənilən vaxt Sosial Media Kanalında postu yeniləyərək bu Qaydalara və Şərtlərə yenidən baxa bilər. Siz bu cür hər hansı təftişə tabesiniz və buna görə də cari Qaydaları və Şərtləri nəzərdən keçirmək üçün vaxtaşırı bu səhifəyə daxil olmalısınız. 
  1.  Bu Qaydaların və Şərtlərin hər hansı müddəası etibarsız və ya qüvvədən düşmüş hesab edilərsə, etibarsız,qüvvədən düşmüş müddəa ilkin müddəanın məğzinə ən uyğun olan etibarlı, qüvvədə olan müddəa ilə əvəz olunacaq və qalan müddəalar icra ediləcək. 
  1.  Nutricia-nın bu Qaydaların və Şərtlərin hər hansı bir hissəsini tətbiq edə bilməməsi hər hansı şəxsin keçmiş və gələcəkdəki fəaliyyətləri üçün Nutricia-nın bu Qaydalar və Şərtlər çərçivəsindəki hüquqlarından imtina etməsini təşkil etmir. Yalnız Nutricia-nın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış xüsusi, yazılı imtina hər hansı hüquqi qüvvəyə malikdir.  

Bizimlə əlaqə 

Bu Qaydalarla və Şərtlərlə bağlı suallarınız varsa, [https://www.instagram.com/nutriciaclub_azerbaycan/] ünvanında bizimlə əlaqə saxlayın. 

Müəllif hüququ 

Müəllif hüququ © NUTRICIA 2020. Bütün hüquqlar qorunur.  

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x