Ümumi suallar

Nələr dəyişib?

Nutrilonun həm tərkibi, həm də qablaşdırılması dəyişdirildi. Qarışığın tərkibi Avropa İttifaqının yeni tələblərinə və yeni elmi tədqiqatların nəticələrinə uyğunlaşdırılmışdır. Bir yaşa kimi bütün uşaq qidalarının tərkibində DHA olması artıq məcburidir və vitamin və mineralların miqdarı tənzimlənmişdir. Müştərilərimizin müalicəvi qidaları əsas qidalardan fərqləndirə bilmələri və məhsullarımızı rəflərdə asanlıqla tapa bilmələri üçün məhsulların qablaşdırılması da dəyişdirilmişdir.

Əvvəlki qarışıq ilə müqayisədə yeni qarışığın körpəm üçün hansı üstünlükləri var?

Nutrilon 1,2,3,4 üçün: Pronutra Advance ana südündən ilhamlanaraq 40 illik təcrübənin və tədqiqatların nəticəsi əsasında hazırlanmışdır. Həmçinin yeni qarışığın Avropa İttifaqının yeni qaydalarında tələb olunduğu kimi polidoymamış yağ turşuları, DHA/AA səviyyəsində və vitaminlər, minerallar tərkibində də dəyişikliklər var.

Yeni nəsil qarışıq “Pronutra Advance” nə deməkdir?

Biz daima məhsullarımızı təkmilləşdirmək üçün yeni yollar axtarışındayıq. 40 ildir ki, ana südünün körpənizin immun sistemini necə dəstəkləndiyini öyrənmək üçün ondan ilhamlanaraq tədqiqatlar aparırıq. Bu tədqiqatlar bizə yeni nəsil – Nutrilon Premium-u inkişaf etdirib yaratmağa imkan verdi. Pronutra Advance, unikal qida kompleksini və unikal istehsal prosessini birləşdirən yeganə qarışıqdır. Nutrilon Premium 3, C və D vitaminləri ilə körpənizin immun sistemini dəstəkləmək üçün xüsusi olaraq hazırlanmışdır.

“Pronutra Advance” hansı məhsullar daxildir?

Pronutra Advance-a Nutrilon Premium 1,2,3,4 daxildir.

“Pronutra Advance” bazarda olan digər qidalardan nə ilə fərqlənir?

Pronutra Advance – unikal qida maddələrini və unikal istehsal prossesini özündə birləşdirən bazarda ilk və tək qarışıqdır. Tərkibində struktur olaraq ana südü ilə eyni olan oliqosakaridlər (HMO 3GL) var. Bu qarışıq patentlidir və yalnız Nutrilon Premium brendinə aiddir. Bu, mütəxəssislərdən və alimlərdən təşkil olunmuş qrupumuzun 40 illik innovativ tədqiqatlarının nəticəsidir.

Mən Nutrilonun qablaşdırılmasının dəyişdiyini gördüm. Bu nə ilə əlaqədardır?

Yeni nəsil patentli məhsulumuzun təqdimatı ilə yanaşı, biz Nutrilon Premium brendinin yeni, müasir dizaynını da təqdim etdik. Yeni dizayn özündə yeni rəngləri ehtiva edir ki, bu da bizim portfelimizda sizə lazım olan məhsulu seçməyə kömək olacaqdır.

Tərkibi /dadı & təcrübə

Əvvəlki qarışıq ilə müqayisədə “Pronutra Advance”da yeni nələr var? Tərkibində hansı dəyişikliklər olub?

Pronutra Advance – unikal qida maddələrini və unikal istehsal prossesini özündə birləşdirən bazarda ilk və tək qidadır. Bu qarışıq patentlidir və yalnız Nutrilon Premium brendinə aiddir. Bu, mütəxəssislərdən və alimlərdən təşkil olunmuş qrupumuzun 40 illik innovativ tədqiqatlarının nəticəsidir.

Yeni məhsulla köhnə məhsulu qarışdırmaq hər hansı bir problem yarada bilərmi?

Hər iki məhsulu istifadə etmək problem yaratmır. Ola bilər ki, balacanınızın bağırsağının yeni qidaya öyrəşməsi zaman ala bilər. Mümkün olduqca yeni qidaya keçdikdən sonra yalnız onu istifadə etməyinizi tövsiyə edirik. Bu mövzu ilə bağlı hər hansı sualınız yaranarsa, həkiminizlə məsləhətləşin.

Mənim uşağım hal-hazırda əvvəlki qarışıq ilə qidalanır. Mən yeni qarışığa keçə bilərəmmi?

Bəli, siz yeni qarışığa keçə bilərsiniz. Ümumiyyətlə, yeni qarışığa keçid etmək hər hansı bir problem yarada bilməz. Yeni qarışığa keçid edərkən hər günə əvvəlki qidanın yerinə 1 butulka yeni qarışıqdan istifadə etməklə başlamağınızı tövsiyə edirik. Qidalanma ilə əlaqədar şübhəniz və ya sualınız yaranarsa, mütəxəssislə məsləhətləşin.

Yeni qarışıq kimlər üçün uyğundur?

Bu qarışıq 0-6 aylıq sağlam körpələrə, 6-12 aylıq körpələrə və 1 yaşdan sonra uşaqlar üçün uyğundur. Ana südü körpəniz üçün ən yaxşısıdır və Nutrilon Premium-a keçməzdən əvvəl həkiminizlə məsləhətləşməyi məsləhət görürük.

Körpəmin immun sisteminin dəstəklənməsi üçün ən yaxşı Nutrilon hansıdır?

Bizim Nutrilon Premium 3 uşaq südümüz immun sisteminin normal işləməsinə kömək edən tərkibindəki C və D vitaminləri sayəsində körpənin immun sistemini dəstəkləməyə yönəldilmişdir. Biz immun sistemini dəstəkləyən bütün məhsulların portfelini hazırladıq.

Uşağım yeni Nutrilondan şikayətləri yarandı. Belə bir şey mümkündürmü?

Biz həmişə müştərilərimizi uşaqları üçün ən yaxşı olan məhsulla təmin etmək istəyirik. Yeni qarışıq dadına və iyisinə görə fərqlənə bilər. Fərqli dad və iyi yeni texnologiya və maddələrə görə normaldır. Balacanızın yeni qarışığın dadına, iyisinə öyrəşməsi bir az zaman ala bilər. İyin və dadın fərqli olması qarışıqda hər hansı bir problem olduğunun göstəricisi deyildir. Xahiş edirik ki, yeni qarışığın Avropa İttifaqının bütün tələbələrinə uyğun hazırlandığından əmin olun.

Yeni qarışığı qarışdırarkən problemlə qarşılaşıram. Yeni qarışıqda əvvəlkinə nisbətən butulkada daha çox çöküntü yaranır. Bu normaldır? Buna görə nə edə bilərəm?

Xahiş edirik ki, qarışığın hazırlanma qaydasının dəyişdiyini unutmayın. Ölçü qaşığı ilə təlimatlara uyğun miqdarda qarışığı suya əlavə edin. Təlimatlarda göstərilən miqdardan çox və ya az əlavə etmək uşağınızın sağlamlığına zərər verə bilər. Butulkanı bağlayın və qarışıq tamamilə həll olunana qədər dik vəziyyətdə çox aktiv bir şəkildə silkələyin.

Nə üçün formulanın iyisi fərqlidir?

Biz hər zaman uşağınız üçün ən yaxşısını təmin etməyə çalışırıq. Yeni formulanın iyisini fərqli hiss edə bilərsiniz. Bu dəyişikliklər əlavə olunmuş yeni maddələrə və istehsal prosessində edilmiş dəyişikliklərə görə normaldır. Qoxu, məhsulda nəyinsə doğru olmadığını ifadə etmir. Əmin ola bilərsiniz ki, bizim yeni formulamız Avropa Birliyinin bütün tələbələrinə cavab verir.

Yeni Nutrilonu əvvəlkindən fərqli hazırlamaq lazımdır?

Xahiş edirik ki, formulanın hazırlanma qaydasının dəyişdiyini nəzərə alın. Təlimatlarda göstərildiyi miqdarda ölçü qaşığı ilə tozu suya əlavə edin. Təlimatlarda göstərildiyindən artıq və ya əskik əlavə etmək olmaz. Butulkanın ağzını bağlayın və qarışıq tamamilə həll olunana qədər dik vəziyyətdə çox aktiv bir şəkildə silkələyin. Butulkanı tərpətmək onun tam qarışmağına kömək olmayacaq. Buna görə də hər zaman məhsulun üzərindəki təlimatları diqqətlə oxuyun.

Qablaşdırma

Mən mağazalarda 2 müxtəlif Nutrilon görürəm. Bundan sonra satışda 2 variant olacaq?

Yeni nəsil Pronutra ADVANCE məhsulumuz bazarda yeni olduğu üçün mağazalarda və apteklərdə bizim əvvəlki məhsulumuzu (Pronutra+) görə bilərsiniz. Bundan əlavə Pronutra ADVANCE Nutrilonun yeni rənglər daxil olan müasir dizaynı ilə təqdim olundu, bu da sizə uşağınız üçün ən uyğun qidanı seçməkdə kömək edəcəkdir.

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x